İDMAN
“Neftçi”- “Jelezniçar”: İlk hissə başa çatdı – 1:0
Bakı, 3 avqust, AZƏRTAC
Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Neftçi”-“Jelezniçar” oyunun birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, ilk hissəni meydan sahibləri hesabda öndə başa vurublar - 1:0. Yeganə qolu 20-ci dəqiqədə Sayef rəqib qapısından keçirib.
Qeyd edək ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxıblar:
“Neftçi” (Azərbaycan): 1. İvan Brkiç, 4. Mark Tamaş, 44. Yuri Matias, 7. Azər Əliyev, 26. Ömər Buludov, 14. Eddi İsrafilov, 23. Ataa Caber, 8. Emin Mahmudov (k), 5. Kenni Sayef, 10. Filip Ozobiç, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 77. Yeqor Boqomolski, 99. Ervin Koffi.
Baş məşqçi: Adrian Mutu.
“Jelezniçar” (Bosniya və Herseqovina): 13. Vedad Muftiç, 5. Aleksandar Kosoriç (k), 6. Edin Kokaliç, 23. İrfan Yaşareviç, 24. Marin Qaliç, 44. Edin Rustemoviç, 18. Edin Biber, 77. Haris Ovçina, 8. Nedim Mekiç, 7. Süleyman Krpiç, 9. Cenan Haraçiç.
Ehtiyat oyunçular: 1. Aydin Mulaliç, 3. Amar Musiç, 11. Hamza Qasal, 17. Andriya Drlio, 21. Nikola Turancanin, 23. Omar Beka, 26. Yosep Amoa, 30. Drazen Dubaçkiç.
Baş məşqçi: Nermin Başiç.