“Neftçi” əməkdaşları və veteran futbolçuları qocalar evində olublar





Bakı, 19 mart, AZƏRTAC
“Neftçi”nin əməkdaşları və veteran futbolçuları qocalar evində olublar.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Bakı təmsilçisinin təşkilatçılığı ilə Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün nəzərdə tutulan müəssisəsində baş tutan görüşdə veteran futbolçulardan – İqor Getman, Bəxtiyar Musayev, Ədəhim Niftəliyev, Fərrux İsmayılov və Samir Əliyev iştirak ediblər.
Bayram ab-havasında keçən tədbirdə qonaqlarla sakinlər arasında maraqlı fikir mübadiləsi baş tutub, futbola aid əyləncəli sorğu aparılıb, xatirə hədiyyələri təqdim olunub.
Bildirilib ki, sosial məsələlərdəki münasibətini nümayiş etdirən “Neftçi” bu cür layihələri daim diqqət mərkəzində saxlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [16:45]
Azərbaycan Kubokunun final oyununun nominal meydan sahibi məlum olub
- 25.04.2025 [16:42]
Azərbaycan “Qlobal Kiberidman Tur” adlı tədbirə ev sahibliyi edə bilər
- 25.04.2025 [16:12]
"Azərreyl"in kişi voleybol komandası da Azərbaycan çempionu olub
- 25.04.2025 [15:30]