İDMAN
“Neftçi” klubu Rusiyada “Fənərbağça” ilə qarşılaşacaq
Bakı, 15 iyul, AZƏRTAC
Yeni mövsümün hazırlığını Rusiyada davam etdirən Bakının “Neftçi” futbol klubu “Match TV” beynəlxalq turniri çərçivəsində bu gün sonuncu oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Türkiyənin “Fənərbağça” komandası ilə qarşılaşacaq.
"Smena" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
“Neftçi” klubu ilk matçda “Zenit”ə (Rusiya) 1:3, “Srvena Zvezda”ya (Serbiya) 0:4 hesabı ilə uduzub.
Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək paytaxt klubu ikinci təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də "Bakcell Arena"da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [22:11]
Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib
- 03.05.2024 [21:14]
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
- 03.05.2024 [19:40]
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]