Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəqliyyat sektorundan gözləntilər artır – Baxış bucağı

Nəqliyyat sektorundan gözləntilər artır –  Baxış bucağı

Bakı, 18 iyul, AZƏRTAC

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədovun Azərbaycanda son illərdə reallaşdırılan nəqliyyat layihələrindən, bu layihələrin ölkəmizə qazandıracağı dividendlərdən bəhs edən “Nəqliyyat sektorundan gözləntilər artır” adlı məqaləsini təqdim edir.

“...Mən bir neçə dəfə demişəm, bir daha demək istəyirəm,
bizim istəyimiz təkcə böyük yükləri aşıran tranzit ölkə olmaq deyil.
Bizim istəyimiz odur ki, bu nəqliyyat marşrutları üzərində istehsal sahələri yaradılsın,
biznes imkanları yaradılsın, sərmayə qoyulsun.”

                                                                                                                              İlham Əliyev

                                                                               Azərbaycan Respublikasının Prezidenti

Qloballaşma və inteqrasiya proseslərinin sürətlənməsi ilə xarakterizə olunan XXI əsr milli iqtisadiyyatın və onun ayrı-ayrı sektorlarının inkişafına öz təsirini göstərir. Qlobal məkanda baş verən sosial-iqtisadi proseslər bütövlükdə milli təsərrüfatların, eləcə də ayrı-ayrı sahələrin qarşısında müəyyən vəzifələr qoyur ki, bu vəzifələrin də uğurlu icrasını nəqliyyatın iştirakı olmadan təsəvvür etmək mümkün deyil.

Bütün bunları dəqiqliklə nəzərə alan Azərbaycan hökuməti ölkəmizdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin yaxşılaşdırılması istiqamətində silsilə addımlar atır, müvafiq proqram və layihələr hazırlayaraq uğurla reallaşdırır. Ölkə başçısının qəbul etdiyi qərar və sərəncamlar ölkəmizin nəqliyyat sistemində idarəetmənin və xidmətlərin təkmilləşdirilməsi, beynəlxalq tələblərə uyğunlaşdırılması və ümumilikdə milli nəqliyyat sisteminin dünya nəqliyyat sisteminə inteqrasiyasının hüquqi əsaslarını təşkil edir. Uğurla reallaşdırılan qərar və sərəncamların nəticəsidir ki, həyata keçirilən layihə və proqramlar mühüm nəqliyyat-tranzit qovşağı kimi Azərbaycan Respublikasında yeni bir nəqliyyat sistemi formalaşdırır.

Ölkədə mobillik, yol hərəkəti təhlükəsizliyi və yol-nəqliyyat infrastrukturu ilə bağlı vahid dövlət siyasəti, vahid institusional sistem, vahid prinsip və yanaşmalar, vahid nəzarət və cavabdehlik olmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2023-cü il 19 aprel tarixli Sərəncamı da məhz vahidlik, çeviklik, mobillik və səmərəli koordinasiyanın təmin olunması zərurətindən irəli gələn addımdır.

Aydındır ki, nəqliyyat sistemi həm milli təsərrüfatın tərkib hissəsi, həm də ayrıca bir sistem kimi diqqəti cəlb edir. Başqa sözlə desək, həm nəqliyyat sistemi milli çərçivədən çıxaraq dünya nəqliyyat sisteminin tərkibinə çevrilir, həm də iqtisadi inteqrasiyanı təmin edir. Bu baxımdan da nəqliyyat sisteminə həm dünya nəqliyyat sistemində müşahidə edilən dəyişikliklər, həm də milli təsərrüfatların inteqrasiya hədəfləri öz təsirini göstərir. Məsələn, Bakı limanı ilə Çinin Qinqdao limanı arasında Anlaşma Memorandumunun imzalanması Çin, Cənubi Koreya və digər Şərq ölkələrindən Avropaya daşınmaq üçün yüklərin Azərbaycana cəlb edilməsinə imkan yaradacaq. Araşdırmalar göstərir ki, Qinqdao limanında bütün əməliyyat işləri avtomatlaşdırılmış qaydada yerinə yetirilir, "yaşıl" və təmiz texnologiyalar tətbiq olunur. Bu isə, öz növbəsində, Bakı limanına yük axını yaratmaqla yanaşı, yeni texnologiyalar cəlb etməyə də imkan verəcək. Aydındır ki, gələcəkdə istər Şərqdən Qərbə, istərsə də əks istiqamətdə yük axını artırılacaq, Azərbaycanın inkişafı üçün yeni imkanlar açılacaq. O cümlədən Zəngəzur dəhlizi vasitəsilə yeni imkanlar yaranır, Vətən müharibəsində əldə edilən tarixi Zəfər nəqliyyat kommunikasiyaları və Orta Dəhliz üçün yeni imkanlar açır.

Dövlət başçısı İlham Əliyevin 2023-cü ilin 6 ayının yekunlarına dair iclasda da qeyd etdiyi kimi, “Biz hər şeyi planlı şəkildə edirik, orada ən yüksək standartlar tətbiq edilir və edilməlidir. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik. Onu da bildirməliyəm ki, görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir”.

İclasda səsləndirilən mühüm məsələlərdən biri də nəqliyyat sektoru qarşısında dayanan vəzifələrlə bağlı idi. Orada da vurğulandı ki, son vaxtlar nəqliyyat sektorunun əhəmiyyəti daha da artır və bu sahədə qarşıda ciddi vəzifələr dayanır. Xüsusilə, regionda yaranmış vəziyyət, Rusiya-Ukrayna münasibətlərindəki gərginlik yeni marşrutların açılmasını zəruri edir ki, burada da Azərbaycanın əlverişli coğrafi mövqeyi, infrastruktur təminatı əlavə imkanlar vəd edir. Hələ uzun illər öncədən Azərbaycanda sistemli şəkildə həyata keçirilən infrastruktur quruculuğu, xidmətlərin təkmilləşdirilməsi tədbirləri artıq öz bəhrəsini verməkdədir.

Regionda baş verən siyasi-hərbi proseslərin fonunda ölkəmizə yük axınları artır və bu reallıqda nəqliyyat marşrutları məhdudlaşır ki, bu da ölkəmizin imkanlarını daha da genişləndirir. Azərbaycanın ərazisi bu və ya digər beynəlxalq nəqliyyat dəhlizi ilə əhatə olunur. Ölkəmizin etibarlı tərəfdaş kimi müasir infrastruktur təminatına malik olması müxtəlif istiqamətlərdə yükdaşımalarının artmasına şərait yaradır. Ərazilərin - regionların beynəlxalq nəqliyyat dəhlizləri ilə əhatə olunması, ölkəmizə yalnız nəqliyyat dəhlizlərindən tranzit ölkə kimi yararlanmaq deyil, həm də daha geniş imkanlar yaradır. Prezidentin də qeyd etdiyi kimi, “Mən bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, bizim istəyimiz təkcə böyük yükləri aşıran tranzit ölkə olmaq deyil. Bizim istəyimiz odur ki, bu nəqliyyat marşrutları üzərində istehsal sahələri yaradılsın, biznes imkanları yaradılsın, sərmayə qoyulsun”.

Azərbaycan yalnız beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən bir ölkə deyil, həm də genişmiqyaslı infrastruktur quruculuğunu həyata keçirən, 400 hektara yaxın ərazidə yaradılmış Ələt Azad İqtisadi Zonasının yerləşdiyi ölkədir. Zonanın mövqeyi elə seçilib ki, bütün nəqliyyat növlərinin, müxtəlif yolların, fərqli marşrutların kəsişməsində yerləşir. İstər Şimal-Cənub, istərsə də Şərq-Qərb marşrutları, eləcə də Orta Dəhliz Ələtdə “kəsişir”. Bu isə həm də regional inkişaf baxımından dəhlizlərdən yararlanmaq imkanı yaradır və dövlət başçısının da vurğuladığı kimi “hər bir istiqamət üzrə spesifikaya görə, iqlimə görə, ixtisaslaşmaya görə xüsusi bir biznes imkanları olmalıdır”. Dəhlizlərin regional inkişafa təsirlərini daha da artırmaq, dəhlizlər üzrə yük cəlbediciliyini yüksəltmək və ümumilikdə dəhlizlərdən daha səmərəli istifadəyə nail olmaq üçün:

➢ İnfrastruktur təminatının təkmilləşdirilməsi zəruridir. Şimal-Cənub və Şərq-Qərb dəhlizləri boyunca, Azərbaycan daxilində TIR avtomobillərinin parklanması və sürücülərin istirahəti üçün, texniki baxış və xidmətlər üçün xüsusi məntəqələrin yaradılması zəruridir. 100 kilometrlərlə gedilən yollarda, TIR-ların yol kənarında rahat, avtomobillərin qabaritinə uyğun müvəqqəti parklanma yerləri, ən xırda ilkin texniki xidmət imkanları belə yox səviyyəsindədir. Ona görə də hər 100-150 kilometrdən bir ərazilərdə müvafiq məntəqələrin olması məqsədəuyğundur;

➢ Milli nəqliyyat sistemi ayrı-ayrı regionlarda fəaliyyət göstərən nəqliyyat qovşaqlarından ibarətdir. Azərbaycanda fəaliyyət göstərən nəqliyyat qovşaqlarının əksəriyyəti müasir tələblərə cavab vermədiyi üçün tam potensialı ilə fəaliyyət göstərə bilmir. Eyni zamanda, burada qovşaqlararası əlaqələrin zəifliyi də öz mənfi təsirini göstərir. Bu baxımdan da, ölkəmizdə nəqliyyat sisteminin fəaliyyətinin təkmilləşdirilməsi və yeni nəqliyyat sisteminin formalaşmasının zəruri şərtlərindən biri də qovşaqların fəaliyyətinin canlandırılmasıdır. Bunun üçün ayrı-ayrı qovşaqların müasir tələblərə uyğun yenidən qurulması, İKT avadanlıqlarının köməyi ilə qovşaqlararası əlaqələrin gücləndirilməsi, bütün qovşaqlar arasında daşıma əməliyyatlarının və sifarişlərin koordinasiya edilməsi zəruridir. Eyni zamanda, regional nəqliyyat qovşaqlarında intellektual idarəetmənin tətbiqi ilə daşıma sifarişlərini qəbul edən və tənzimləyən xüsusi mərkəzlərin formalaşdırılması dəhliz boyunca aktivliyi artıra bilər;

➢ Ölkəmiz üçün və regional əhəmiyyətə malik beynəlxalq layihələrin istifadəyə verilməsi, eləcə də layihəyə qoşulacaq ölkələrin sayının artması bir tranzit ölkə kimi Azərbaycan Respublikasının dünyəvi əhəmiyyətini daha da artıraraq, tranziti dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevirməyə imkan yaradıb. Buna baxmayaraq, nəqliyyat sektoruna qoyulan investisiyalar özünü tam doğrultmur. Vəsaitlərin həcmi dinamik olaraq artsa da, sahədən əldə edilən mənfəət, məşğulluqda sahənin payı və s. ciddi şəkildə artmır. Ona görə də texniki-texnoloji “silahlanma”, infrastruktur təminatı, kadr hazırlığı və s. məsələlərdə qeyd olunanların nəzərə alınması, dəhliz boyunca yüklərin cəlb edilməsi istiqamətində addımlar atılması zəruridir;

➢ Beynəlxalq avtomobil daşımalarında milli yük daşıyıcılarının payının artırılması məqsədi ilə böyük yükgötürmə qabiliyyətinə malik və ekoloji tələblərə cavab verən müasir nəqliyyat vasitələrinin sayının artırılması. Özəl sektorda yerli və beynəlxalq bazarda daşımaları həyata keçirməyə qadir milli daşıyıcı şirkətlərin fəaliyyətinin dəstəklənməsi vacibdir.

Artıq Azərbaycanın nəqliyyat xidmətləri beynəlxalq bazara daxil olub, onun tərkib hissəsinə çevrilib. Qara dənizdə Azərbaycanın “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adlı tankerlərinin daşıma xidməti göstərməsi bunun bariz nümunəsidir. Bununla belə, Azərbaycanda dəhlizlərin əhatə etdiyi regionlar üzrə ənənəvi istehsal və xidmət sahələrinin də yaradılması məqsədəmüvafiq hesab edilir. Bu həm ölkəmizin təbliği, həm regional inkişaf və həm də dəhlizlərin cəlbediciliyi baxımından səmərəli ola bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb