“NEQSOL” Holdinqin rəhbərinə “Tərəqqi” medalı təqdim olunub
Bakı, 15 avqust, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “NEQSOL” Holdinqin Baş direktoru Yusif Cabbarov ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində sahibkara “Tərəqqi” medalı təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 aprel tarixli Sərəncamı ilə ölkəmizin iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup sahibkar, o cümlədən “NEQSOL” Holdinqin Baş direktoru Yusif Cabbarov “Tərəqqi” medalı ilə təltif edilib.