Netanyahu İsrail səfirliklərində təhlükəsizliyin gücləndirilməsini tapşırıb
Bakı, 22 may, AZƏRTAC
İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda iki yəhudi diplomatın öldürülməsindən sonra bütün diplomatik nümayəndəliklərdə təhlükəsizlik səviyyəsinin artırılması barədə göstəriş verib.
AZƏRTAC xəbər verir ki, hücumu antisemitizmin növbəti təzahürü adlandıran Benyamin Netanyahu İsrail düşmənlərinə qarşı sonadək mübarizə aparılmalı olduğunu bildirib.
Qeyd edək ki, Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında çərşənbə günü yerli vaxtla saat 21:15 radələrində baş verən hücum nəticəsində İsrail səfirliyinin iki əməkdaşı öldürülüb, bir neçə nəfər isə yaralanıb. ABŞ paytaxtının polis departamentinin rəisi Pamela Smit hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı Elias Rodriqezin saxlanıldığını bildirib.
ABŞ Prezidenti Donald Tramp hadisəni “antisemitizmə əsaslanan” hücum adlandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:11]
Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub
- 01.10.2026 [15:44]
İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb
- 01.10.2026 [15:31]
Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib
- 01.10.2026 [15:29]
Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma
- 01.10.2026 [14:46]