Nicat Abasov Polşanın ən güclü şahmatçısı Yan-Kşıştof Duda ilə qarşılaşacaq
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 16-da ənənəvi Praqa şahmat festivalının əsas yarışının - “Masters” turnirinin üçüncü turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov üçüncü turda qara fiqurlarla Polşanın ən güclü şahmatçısı Yan-Kşıştof Duda ilə üz-üzə gələcək. Turun digər oyunlarında polşalı digər şahmatçı Radoslav Voytaşek niderlandlı Jorden Van Forest, Çexiya təmsilçiləri Tay Dan Van Nquyen isveçli Nils Qrandelius, David Navara ABŞ təmsilçisi Sem Şenklandla qarşılaşacaqlar.
İki turdan sonra aktivində 1,5 xal olan N.Abasov liderlər qrupunda yer alıb.
Turnir 7 turdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]