Nicat Abasov Praqa şahmat festivalının “Masters” turnirində ikinci turda mübarizə aparacaq
Bakı, 15 iyun, AZƏRTAC
İyunun 15-də Çexiyada Azərbaycan şahmatçısı Nicat Abasovun da qatıldığı ənənəvi Praqa şahmat festivalının əsas yarışının - "Masters" turnirinin ikinci turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ikinci turda şahmatçımızın rəqibi isveçli Nils Qrandelius olacaq. Turun digər oyunlarında polşalı şahmatçılar Yan-Kşıştof Duda ABŞ təmsilçisi Sem Şenkland, Radoslav Voytaşek çexiyalı şahmatçı David Navara ilə qarşılaşacaqlar. Çexiyanın digər şahmatçısı Tay Dan Van Nquyen isə niderlandlı Jorden Van Forest ilə üz-üzə gələcək.
Qeyd edək ki, şahmatçımızın birinci turdakı qarşılaşması heç-heçə ilə başa çatıb. Turnir 7 turdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]