Niderland: Benilüks Azərbaycanlıları Konqresi iftar mərasimi təşkil edib





Haaqa, 27 mart, AZƏRTAC
Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi Haaqa şəhərində iftar süfrəsi təşkil edib.
AZƏRTAC xəbər verir ki, iftar yeməyində Azərbaycanın Niderlanddakı səfirliyinin əməkdaşları, bu ölkədəki diaspor təşkilatlarının rəhbərləri və Azərbaycan icmasının üzvləri iştirak edibdir. İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və əzanın oxunması ilə başlanıb.
Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov mübarək Ramazan ayı münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Ramazan ayı həmrəylik, qardaşlıq, mərhəmət və bərəkət ayıdır.
Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Məmməd Əhmədzadə tədbir iştirakçılarını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.
Bildirib ki, artıq Azərbaycan müqəddəs Ramazan bayramını qalib ölkə, öz ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət olaraq qeyd edir.
Tədbir iştirakçıları göstərilən yüksək diqqətə görə Benilüks Azərbaycanlıları Konqresinə minnətdarlıqlarını bildiriblər.