Niderlandda xeyriyyə mərkəzinə hücum nəticəsində bir nəfər ölüb
Bakı, 15 iyul, AZƏRTAC
Niderlandın Leyden şəhərində yoxsullara və qaçqınlara yardım paylama mərkəzinə naməlum şəxsin hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə NL Times qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, ölən şəxs 66 yaşlı kişidir. Yaralananlardan birinin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
Hücum edən şəxs hadisə yerindən qaçıb. Hadisənin təfərrüatları açıqlanmır.
Polis araşdırmalara başlayıb və cinayətkarı axtarır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]