Nigar Arpadarai: İqlim dəyişikliyi bütün cəmiyyəti narahat edən məsələ olmalıdır
Bakı, 3 oktyabr, AZƏRTAC
Sabahın işçi qüvvəsinin bu gündən formalaşması çox mühümdür. Enerji infrastrukturu, kənd təsərrüfatı sahələri artıq yeni kadrlar, bacarıqlar tələb edəcək. Ona görə də universitetlər, kolleclər bu sahələrdə yaxşı kadrlar yetişdirməlidirlər.
AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 4-cü günündə COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib.
"Biz COP29 Sədrliyi olaraq 14 təşəbbüslə çıxış etmişik ki, onlardan biri də insan kapitalının inkişafı ilə bağlıdır. Xüsusilə gələcəkdə uşaqlara və gənclərə növbəti COP-ların təlqin edilməsi çox əhəmiyyətlidir. İqlim dəyişikliyi bütün cəmiyyəti narahat edən məsələ olmalıdır. Universitetlərin bu sahədə rolu danılmazdır”, - deyə N.Arpadarai bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:56]
BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır
- 28.09.2026 [16:35]
Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi
- 28.09.2026 [16:02]
Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub
- 28.09.2026 [15:31]
Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu
- 28.09.2026 [15:02]
Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar
- 28.09.2026 [14:35]