Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
Qahirə, 18 iyun, AZƏRTAC
Nigerin paytaxtı Niameydə yerləşən hava limanı və hərbi hava bazasına hücum zamanı təhlükəsizlik qüvvələrinin 11 əməkdaşı və iki mülki şəxs ölüb. Hücum edənlərdən 22-si öldürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Niger hökumətinin bəyanatında bildirib. Hələlik hücumla bağlı heç bir tərəf məsuliyyəti öz üzərinə götürməyib.
Xatırladaq ki, bu gün səhər saatlarında hava limanı ərazisində partlayışlar və atışma səsləri eşidilib. Daha sonra təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma baş verib.
Qeyd edək ki, Niger və qonşu Mali, Burkina Faso ölkələri son illərdə terror qruplarının hücumları ilə üzləşir. Regionda bu qrupların fəaliyyəti təhlükəsizlik vəziyyətini mürəkkəbləşdirir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [22:52]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [21:31]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [20:18]