Nigeriyada Fransa əleyhinə etiraz aksiyası: “Nigerə qarşı müharibə ədalətsizdir!”
Bakı, 12 avqust, AZƏRTAC
Nigeriyanın şimalında Fransanın Nigerə qarşı planlaşdırdığı hərbi əməliyyatlara qarşı nümayiş keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Nigeriyanın "The Nation" qəzeti məlumat yayıb.
Aksiya iştirakçıları “Fransa Nigeri öldürür”, "Biz müharibə istəmirik!", "Nigerə qarşı müharibə ədalətsizdir!" şüarları ilə yürüş ediblər. Nümayişçilər əllərində Nigeriya və Niger bayraqlarını daşıyıblar, Fransa bayrağını isə yerə atıblar.
Qeyd edək ki, bundan əvvəl Qərbi Afrika İqtisadi Birliyinin dövlət başçıları Nigerdə mümkün qədər tez hərbi əməliyyata başlamaq barədə razılığa gəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [14:53]
Məşhur rəssam Devid Hokni vəfat edib
- 12.06.2026 [14:51]
Vellinqton hava limanında yanğın: sərnişinlər terminaldan təxliyə edilib
- 12.06.2026 [14:41]
Fransada inflyasiya artıb
- 12.06.2026 [13:11]
İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub
- 12.06.2026 [12:39]