NİİM: Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb
Bakı, 3 mart, AZƏRTAC
Yasamal rayonu, Bakı dairəvi yolunda nəqliyyat vasitələrindən birində yanğın baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AZƏRTAC-a verilən məlumata görə, bu səbəbdən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb.
Hazırda polis və aidiyyəti qurumun əməkdaşları hadisə yerindədir. Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.