“NİKOYL” SƏHMDAR-KOMMERSİYA BANKI NİZAMNAMƏ KAPİTALI YARATMIŞDIR
Dekabrın 29-da “Nikoyl” səhmdar-kommersiya bankının biznes-planına əsasən, elan edilmiş nizamnamə kapitalının yaradılması tamamilə başa çatmışdır. Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Nikoyl”un nizamnamə kapitalının həcmi 5 milyon ABŞ dollarına çatmışdır.
Səhmdarların bankın nizamnamə kapitalında payı dəyişməmişdir: “Nikoyl” maliyyə korporasiyası – 60 faiz, “LUKoyl” neft şirkəti – 40 faiz.
Bank “Deloitte and Touche” beynəlxalq auditor şirkəti ilə gələn il audit aparılması haqqında saziş də bağlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]