“Nissan” Çindəki istehsalına 1,4 milyard dollar sərmayə yatıracaq
Bakı, 23 aprel, AZƏRTAC
Yaponiyanın avtomobil istehsalçısı “Nissan Motor” 2026-cı ilin sonunadək Çində istehsalının inkişafına əlavə olaraq 10 milyard yuan (1,4 milyard dollar) sərmayə yatırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, kompaniyanın Çindəki nümayəndəsi Stiven Ma bu barədə Şanxay avtosalonunda keçirilən mətbuat konfransında deyib. “Çin çox sürətlə inkişaf edir və biz burada qalıb rəqabət aparmaq istəyirik”, - deyə Stiven Ma bildirib.
Onun sözlərinə görə, “Nissan” elektrik avtomobillərinin istehsal imkanlarını inkişaf etdirmək üçün Çinin yüksəkrəqabətli avtomobil bazarına münbit zəmin kimi baxır. Kompaniya mövqeyini bərpa etmək üçün bu sahəni son dərəcə vacib hesab edir.
“Nissan” Şanxay avtosalonunda iki yeni modelini - hibrid texnologiyalı “Frontier Pro” pikapını və “Dongfeng Nissan N7” elektrik sedanının yenilənmiş versiyasını təqdim edib. Kompaniya, həmçinin 2027-ci ilin ortalarınadək Çində 10 yeni avtomobil modelinin istehsalına başlamaq niyyətində olduğunu açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:35]
Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir
- 07.08.2026 [13:35]
Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib
- 07.08.2026 [12:48]
ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq
- 07.08.2026 [11:19]
Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb
- 07.08.2026 [11:07]
Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır
- 07.08.2026 [10:54]
RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]