Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT ilə əməkdaşlığı inkişaf edir
Bakı, 21 iyun, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və BMT Baş Assambleyasının 77-ci prezidenti Ksaba Korosi ilə görüşlər keçirib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı BMT-nin Baş katibi Antonio Quterreş ilə “Ümumi Gündəliyimiz: Multilateralizmin yenidən işə salınması” mövzusunda keçirilən Ali Səviyyəli toplantının nəticələri, Mərkəzin BMT-nin 78-ci Baş Assambleyası çərcivəsində təşkil edəcəyi Ali Səviyyəli toplantı və 2024-cü ildə keçiriləcək XI Qlobal Bakı Forumu ilə bağlı məsələlər müzakirə edilib.
BMT Baş Assambleyasının prezidenti ilə görüşdə “Nizami ili” çərçivəsində Mərkəz tərəfindən nəşr edilən “Qələmin Sehri”- Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmalar kitabının xüsusi nüsxəsi təqdim olunub.