Norveç və Danimarka Ukraynaya yeni sursat paketi göndərirlər
Stokholm, 15 iyun, AZƏRTAC
Norveç və Danimarka Ukraynaya yeni sursat paketini göndərirlər.
AZƏRTAC xəbər verir ki, Norveç və Danimarka birgə səylərlə Ukraynaya bir neçə növ artilleriya silahı, o cümlədən ABŞ-nin M109 özüyeriyən artilleriya qurğularında istifadə edilə bilən əlavə 9 min mərminin verilməsi barədə razılığa gəliblər.
Razılaşmaya görə, Norveç Ukraynanı mərmi, Danimarka isə partlayıcılar və güllələrlə təmin edir. Norveç, həmçinin müdafiə ordusunun ehtiyatlarından 7 min patron göndərəcək. Öz növbəsində, Danimarka tərəfi əvvəllər Ukraynaya təhvil verilmiş artilleriya və silahlar üçün təxminən 2 min mərmi təhvil verməyi öhdəsinə götürüb.
Silahların Ukrayna tərəfinə verilməsinə artıq başlanılıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]