Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün imtahan təşkil ediləcək
Bakı, 1 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 3-də notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün yazılı imtahan (kazus) təşkil edəcək.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib.
İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50) keçiriləcək. İmtahan vermək üçün 30 namizəd qeydiyyatdan keçib.
İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
Qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın yeri, vaxtı və digər zəruri məlumatlar göstərilib.
Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]
“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib
- 07.10.2026 [16:29]
Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa
- 07.10.2026 [15:51]