Novak Cokoviç mövsümü 9,1 milyon dollar gəlirlə başa vurub
Bakı, 24 noyabr, AZƏRTAC
Peşəkar Tennisçilər Assosiasiyası (ATP) kişi tennisçilərin cari mövsümdə qazandıqları mükafatların məbləğini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, başa çatan mövsümdə 37 raketka ustasının illik qazancı bir milyon dollardan çox olub. ATP-nin reytinq cədvəlində olduğu kimi, bu siyahıya da serbiyalı Novak Cokoviç başçılıq edir. Dünyanın bir nömrəli raketka ustasının illik qazancı 9,1 milyon dollardır. Onun karyerası ərzində qazandığı mükafatların ümumi məbləği isə 154,8 milyon dollara çatıb.
N.Cokoviçdən sonrakı yeri reytinq cədvəlində də ikinci olan rusiyalı Daniil Medvedev tutub. Onun illik qazancı 7,5 dollar təşkil edib. Siyahıda ilk üçlüyü bu günlərdə Turində başa çatan ilin yekun turnirinin qalibi adını qazanan almaniyalı Aleksandr Zverev tamamlayır. Dünyanın 3 nömrəli raketka ustası cari mövsümü 6,4 milyon dollarla başa vurub.
İllik gəlirlərinin məbləğinə görə “Top-10”da digər yerləri Stefanos Tsitsipas (3,6 milyon), Andrey Rublev (3,3), Matteo Berrettini (3,2), Kemeron Norri (2,6), Kasper Ruud (2,3), Xuber Xurkaç (2,3) və Yannik Sinner (2,2) tuturlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]