Novruz bayramı ərəfəsində Bakıda bir sıra mehmanxanalar qiymətləri ucuzlaşdıracaqlar
Bakı, 21 fevral (AZƏRTAC). Bakıda fəaliyyət göstərən bir sıra mehmanxanalar Novruz bayramı ərəfəsində qiymətləri aşağı salacaqlar.
AZƏRTAC xəbər verir ki, güzəştli bayram kampaniyası “Park İNN-Azərbaycan” mehmanxanasında martın 18-dən 25-dək, “Radisson Blu”da isə martın 15-dən 30-dək həyata keçiriləcəkdir.
Statiskaya görə Novruz bayramı ərəfəsində ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. Ötən il bayram günlərində Azərbaycana təkcə İran İslam Respublikasından 150 min turist gəlmişdi.
Bu il ölkə rəhbərliyi tərəfindən Novruz bayramı münasibətilə daha geniş tədbirlərin keçirilməsinin nəzərdə tutulması, şübhəsiz, həmin günlərdə Azərbaycana daha çox turist axınına şərait yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]