Numan Kurtulmuş: Yeni dünya nizamı Türkiyənin iştirakı ilə qurulacaq
Bakı, 18 mart, AZƏRTAC
Yeni dünya nizamı Türkiyənin fəal iştirakı və liderliyi ilə qurulacaq. AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş səsləndirib.
Parlamentin spikerinin sözlərinə görə, Türkiyənin xarici siyasət kursunun prioritetlərindən biri də ədalətli dünya dəyərləri sisteminin formalaşdırılmasına töhfə verməkdir.
Numan Kurtulmuş vurğulayıb: “Türkiyə dövləti Prezident Rəcəb Tayyib Ərdoğanın simasında dəfələrlə bəyan edib ki, “dünya beşdən böyükdür” (BMT TŞ-nin beş üzvü nəzərdə tutulur – AZƏRTAC). Bu gün qlobal dəyişikliklər, o cümlədən siyasi sahədə islahatlar məqamının yaxınlaşdığını hiss edirik”.
TBMM sədrinin sözlərinə görə, bu dəyişikliklər artıq ən yaxın perspektivdə baş verəcək və indi dövlətlərin əksəriyyəti onun zəruri olduğunu vurğulayırlar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]