SİYASƏT
Nur-Sultanda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun ikinci iclası keçirilir
Nur-Sultan, 16 aprel, АZƏRTAC
Aprelin 16-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun ikinci iclası başlayıb.
AZƏRTAC xəbər verir ki, iclasda Xəzəryanı dövlətlərin nümayəndə heyətləri iştirak edirlər.
Azərbaycan nümayəndə heyətinə Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda ölkəmizin səlahiyyətli nümayəndəsi Xələf Xələfov rəhbərlik edir.
İki gün davam edəcək iclasda beştərəfli sənəd və Xəzər dənizində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan