NURSULTAN NAZARBAYEV YENİDƏN QAZAXISTANIN PREZİDENTİ SEÇİLMİŞDİR
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Onalsın Jumabekov Astanada keçirdiyi mətbuat konfransında məlumat vermişdir.
Prezident seçkilərində iştirak edən digər namizədlər - Jarmaxan Tuyakbay 6,64 faiz, Əlixan Baymenov 1,65 faiz, Erasıl Abılkasımov 0,38 faiz, Mels Eleusizov isə 0,32 faiz səs toplamışlar.
Seçkilərin ilkin nəticələri elan olunduqdan sonra tərəfdaşlarının keçirdiyi forumda çıxış edən Nursultan Nazarbayev demişdir: Xalqımız birlik, sabitlik və dostluğa səs vermişdir. İndi bütün informasiya agentlikləri məlumat yayırlar ki, Nazarbayev seçkilərdə qalib gəlmişdir, mənsə əminəm ki, əməyimə böyük qiymət verən Qazaxıstan xalqı qələbə qazanmışdır.