Nyu-Yorkda qərb yarımkürəsinin ən hündür baxış meydançası tikiləcək
Bakı, 12 mart, AZƏRTAC
Nyu-Yorkda qərb yarımkürəsinin ən hündür baxış meydançası 2020-ci ildə ziyarətçilərin üzünə açılacaq.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, “The Edge” adlı meydança Hudzon çayının sahilində, Manhattan adasının qərbində tikilən “Hudson Yards Tower” göydələninin 100-cü mərtəbəsində, 335 metr hündürlükdə yerləşəcək. Buradan bütün Nyu-Yorku seyr etmək mümkün olacaq.
Üçbucaq meydança göydələnin divarından 19,8 metr kənara çıxacaq. Onun mərkəzi hissəsi yüksək dayanıqlı şüşədən inşa ediləcək. Sürətli lift ziyarətçiləri 60 saniyə ərzində 100-cü mərtəbəyə qaldıracaq. Meydançanın yanında restoran və bar fəaliyyət göstərəcək.
Hazırda Nyu-Yorkun ən hündür baxış meydançası Empire State Building göydələnində, 320 metr hündürlükdə yerləşir.
Vaxtilə dəmiryol xətlərinin yerləşdiyi Hudson Yards rayonunun yenidən qurulması ABŞ-ın ən iri özəl developer layihəsidir. Layihə 28 milyard dollar həcmində qiymətləndirilir. Tikinti işləri başa çatdıqdan sonra burada 100 mağaza və restoran açılacaq, konsert zalı inşa ediləcək və park salınacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [22:52]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:30]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [21:31]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [20:18]