“Ocaq Sport” klubunun bədii gimnastika üzrə ikinci açıq birinciliyinə start verilib
Bakı, 4 aprel, AZƏRTAC
Bakı Olimpiya İdman Kompleksində “Ocaq Sport” klubunun bədii gimnastika üzrə ikinci açıq birinciliyinə start verilib.
AZƏRTAC xəbər verir ki, yarışda “Ocaq Sport” klubu, Abşeron, Ağdaş, Gəncə, Şağan, Sumqayıt, Qusar, Qax Olimpiya İdman kompleksləri, “Ocaq Sport” klubunun Hövsan bölməsi, “Kür” Olimpiya Tədris İdman Mərkəzi və digər klub və məktəblərdən 340 idmançı qüvvəsini sınayacaq.
Birincilikdə fərdi gimnastlarla yanaşı, qrup komandaları da mübarizə aparacaqlar.
Yarışda idmançılar balalar (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-cu il) yaş kateqoriyaları üzrə çıxış edəcəklər.
İki gün davam edəcək yarışda gimnastlar fərdi və qrup hərəkətləri proqramında çoxnövçülük üzrə öz aralarında qalibləri müəyyənləşdirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]