Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyində yanğın baş verib
Bakı, 31 avqust, AZƏRTAC
Avqustun 31-də Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında yanğın hadisəsi baş verib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın baş vermiş əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları cəlb olunub.
Yanğının əhatə etdiyi ərazi sərt və hündür yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.
Hava şəraiti isti və küləkli olduğundan yanğının söndürülməsində çətinliklər yaranıb. Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]