Oğuzda ağacların kəsilməsi faktı ilə bağlı cinayət işi açılıb VİDEO
Oğuz, 25 fevral, Rasim İslamoğlu, AZƏRTAC
Oğuz rayonunun Muxas kəndindəki meşədə 40 ədəd müxtəlif növ ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən kənd sakini, 30 yaşlı Pərvin Salamov saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.