Oğuzda koronavirus əleyhinə tədbirlər gücləndirilib
Oğuz, 25 mart, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Oğuz rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 25-də rayon icra hakimiyyətinin inzibati binasında, Oğuz şəhərinin küçə və səkilərində, yaşayış məhəllələrində növbəti dəfə dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərinin iştirakı ilə Oğuz şəhərinin küçələri xüsusi maddələrlə yuyulub, yaşayış binalarının giriş blokları və pilləkənlər dezinfeksiya edilib.
Dezinfeksiyaedici tədbirlər növbəti günlərdə də davam etdiriləcək.