Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oktyabrın 20-si Energetiklər Günüdür

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-si Azərbaycanda Energetiklər Günüdür. On altı ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını iftixarla qeyd edirlər. Energetiklər Günü ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə ilə bağlıdır: 39 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Azərbaycan öz potensialı hesabına enerji təhlükəsizliyini 100 faiz təmin edib

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirib, bu sahədə misilsiz işlər görüb. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlib. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektroenergetika üzrə də mükəmməl proqramlar qəbul edilərək reallaşdırılıb. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq, hazırda yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq işlər görülür, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi nəzərdən keçirilir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti sovet dövründə və müstəqillik illərində bu sahədə görülmüş işləri, əldə edilmiş nəticələri nəinki məntiqi cəhətdən tamamlayır, eyni zamanda, elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100 faiz nail ola bilib.

Son 10 ildə 23 yeni elektrik stansiyası istifadəyə verilib

Enerji sisteminin, enerji istehsalı infrastrukturunun yenidən qurulması, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyalarının tikilməsi, ölkədaxili və respublikamızı xarici ölkələrlə əlaqələndirən magistral elektrik xətlərinin yenilənməsi, elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı dövlət proqramlarının icrası nəticəsində Azərbaycan daxili enerji tələbatının ödənilməsi ilə bərabər elektrik enerjisinin ixracına da nail olub. Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son 10 ildə 2055,4 meqavat gücündə 23 yeni elektrik stansiyasının istismara verilməsi ilə ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7516,5 meqavata çatdırılıb. Elektroenergetika sistemində ümumi gücü 6237,7 meqavat olan 18 istilik elektrik stansiyası, 1278,8 meqavat gücündə isə su və digər bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyaları fəaliyyət göstərir. Reabilitasiya proqramı çərçivəsində “Azərbaycan” İES və digər elektrik stansiyalarının dayanıqlılığı, etibarlılığı, təhlükəsizliyi və səmərəliliyi yeni səviyyəyə yüksəlib. Ümumiyyətlə, son illər enerji sisteminə qoyulmuş investisiyalar, modernləşmə işlərinin aparılması nəticəsində səmərəlilik, elektrik enerjisinin keyfiyyət göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib, itkilərin səviyyəsi isə aşağı düşüb. Son 10 ildə elektrik enerjisinin ötürülməsi və paylanmasında itkilərin 22,4 faizdən 10,2 faizədək, 1 kilovat/saat elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfinin isə 305,6 qramdan 263,4 qrama qədər azaldılmasına nail olunub. Respublikanın energetika sisteminin infrastrukturunda da ciddi dəyişikliklər edilib. Belə ki, hazırda ümumi gücü 25133,5 meqavat/amper olan 110-500 kilovoltluq 228 yarımstansiya fəaliyyətdədir.

Yeni istehsal güclərinin yaradılması hesabına son 10 ildə elektrik enerjisinin istehsalında 39,7 faiz artım əldə edilib. Ölkənin inkişafı, əhalinin artımı, sənayeləşmə prosesi ilə əlaqədar olaraq elektrik enerjisinin istehlakı 58,3 faiz artıb. 2019-cu ildə elektrik enerjisinin istehsalı 26,1 milyard kilovat/saat, istehlakı isə 21,6 milyard kilovat/saat təşkil edib. COVID-19 pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb. Belə ki, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz azalaraq 19,4 milyard kilovat/saat təşkil edib. Qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir. 2025-ci ilə qədər ölkədə elektrik enerjisinə tələbatın 25,5 milyard kilovat/saata qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15 faiz artımla 30 milyard kilovat/saat çatacağı proqnozlaşdırlır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilib, qoyuluş gücü 409 meqavat olan “Şimal-2” elektrik stansiyası, bu il təməli qoyulan və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 meqavat gücündə “Qobu” elektrik stansiyası hesabına əldə ediləcək. Həmçinin bu prosesdə “Azərenerji” ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 meqavat imkan gücündən istifadə ediləcək. Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var.

İxracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu möhkəmlənir

Yeni stansiyaların tikintisi ölkəmizin daxili tələbatını tam ödəməklə bərabər, elektrik enerjisinin ixracına da imkan verir. Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu möhkəmlənir. Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 1,8 milyard kilovat/saat elektrik enerjisi idxal edilirdisə, 2019-cu ildə bu göstərici 136,9 milyon kilovat/saata qədər azalıb. İxrac isə 10 il ərzində 3 dəfə artaraq 1,5 milyard kilovat/saata qədər yüksəlib. Cari ilin 9 ayı ərzində 104,3 milyon kilovat/saat elektrik enerjisi idxal, 841,9 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib. Gürcüstana 450,2 milyon kilovat/saat, Rusiyaya 92,5 milyon kilovat/saat, Türkiyəyə 101,8 milyon kilovat/saat, İrana 197,4 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 64,7 milyon kilovat/saat, İrandan 22,8 milyon kilovat/saat, Gürcüstandan 16,8 milyon kilovat/saat olub.

Elektrik enerjisinin mübadiləsi hazırda Azərbaycan və Gürcüstan arasında 500 kilovoltluq Samux-Qardabani və 330 kilovoltluq Ağstafa-Qardabani, Türkiyə ilə iki dövrəli 154 kilovoltluq “İğdır-Babək”, 34,5 kilovoltluq “Aralıq-Sədərək”, Rusiya ilə 330 kilovoltluq “Yaşma-Dərbənd”, 110 kilovoltluq “Yalama-Bilici” elektrik verilişi xətləri vasitəsilə həyata keçirilir. Azərbaycanla İranın enerji sistemləri arasında elektrik enerjisi mübadiləsi isə 330 kilovoltluq “Muğan”, 230 kilovoltluq “İmişli”, 110 kilovoltluq “Astara-Astara”, 132 kilovoltluq “Araz-Araz” və 132 kilovoltluq “Culfa-Culfa” elektrik veriliş xəttləri vasitəsilə reallaşdırılır.

Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir. “Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, “Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. “Xudafərin” hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır. Bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir. Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kVt·saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi. Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən “Ordubad” və “Marazad” su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payı 30 faizə çatacaq

Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və mərhələli şəkildə liberal bazar modelinə keçilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar prosesinin hədəfləridir. Dövlət başçısının "Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" 2019-cu il 29 may tarixli, “Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 2019-cu il 5 dekabr tarixli sərəncamları, eləcə də 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması energetika sektorunda əsaslı dəyişikliklərə yüksək səviyyədə təminat verilir. Bu gün əsas məqsəd Azərbaycan Prezidenti tərəfindən qarşımıza qoyulmuş vəzifələrə uyğun olaraq, 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri hesabına 1500 meqavat əlavə güc yaratmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payını 30 faizə çatdırmaqdır. Energetika sahəsində müəyyən edilmiş bu yeni strateji xəttin həyata keçirilməsində ilk uğurlu addımlardan biri bu ilin yanvarında 7 beynəlxalq şirkət arasında mövcud topdansatış qiymətlərinə uyğun təkliflər vermiş Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkətləri ilə 240 meqavat gücündə külək və 200 meqavat gücündə günəş enerjisi üzrə pilot layihələrlə bağlı İcra müqavilələrinin imzalanması olub. Külək və günəş enerjisi ilə işləyən bu 440 meqavatlıq stansiyalar, təxminən 400 milyon ABŞ dolları məbləğində tam xarici investisiya hesabına tikiləcək ki, bu da ölkəmizdə bərpa olunan enerji sahəsində bir ilk, digər layihələrə investorların cəlbi üçün nümunə olacaq.

“Enerji alqı-satqı”, “İnvestisiya”, “Ötürücü Şəbəkəyə Qoşulma” və “Torpaq İcarə” müqavilələri hazırlanaraq investorlara təqdim edilib və hər iki şirkətlə imzalanacaq müvafiq sənədlərin razılaşdırılması artıq yekunlaşır. “ACWA Power” və “Masdar” şirkətləri ilə müvafiq müqavilələrin imzalanmasından sonra Abşeron, Xızı və Qaradağ rayonlarında ayrılmış ərazilərdə stansiyaların tikintisinə başlanacaq. Külək elektrik stansiyasının inşa ediləcəyi ərazilərdə - Pirəkəşkül və Sitalçayda 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılıb, layihənin ətraf mühitə və sosial təsirlərinin qiymətləndirilməsi aparılır. Günəş elektrik stansiyasının inşa olunacağı ərazidə də ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar davam etdirilir. Bu elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması üçün 3 yeni yarımstansiyanın investorlar tərəfindən tikilməsi planlaşdırılır. Bu stansiyalar hesabına ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tona yaxın karbon qazı tullantısının azaldılması və yeni iş yerlərinin yaradılması gözlənilir.

Pilot layihələrdən əlavə özəl sektorun və xarici investorların iştirakı ilə yeni güclərin potensial ərazilərdə ikitərəfli müqavilələr və hərraclar vasitəsilə reallaşdırılması istiqamətində hazırlıq tədbirləri görülür. Belə ki, investisiya cəlbi üçün beynəlxalq təcrübədə rast gəlinən bərpaolunan enerji mənbələri ərazilərinin yaradılması və investorlara təqdim olunması üçün günəş və külək enerjisi potensialı olan digər 5 sahədə yeni layihələrin həyata keçirilməsinin mümkünlüyü dəqiqləşdirilib. Bununla yanaşı külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Bununla əlaqədar Energetika Nazirliyi tərəfindən günəş enerjisi üzrə ən çox potensiala malik 15 inzibati-ərazi vahidi müəyyənləşdirilib, hazırda torpaqların təyinatı, elektrik enerjisi şəbəkəsinə qoşulma imkanları araşdırılır. Həmçinin bərpaolunan enerji hərraclarının layihələndirilməsi və icrası üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində hərrac qaydaları, elektrik enerjisinin satınalınması, elektrik şəbəkəsinə qoşulma, torpaq icarə müqavilələri və digər sənədlər hazırlanır. Eyni zamanda, elektrik şəbəkəsinə qoşulacaq yeni güclərin dövrlər üzrə optimal həddi müəyyənləşdirilir ki, layihələrin gələcəkdə şəbəkəyə inteqrasiyası zamanı problemlər yaranmasın. Hesablamalara əsasən, 2030-cu ilədək üç mərhələdə 440 meqavat, 460 meqavat və 600 meqavat həcmində qoyuluş güclərinin şəbəkəyə inteqrasiyası mümkündür.

Bərpaolunan enerji sahəsinin inkişafında mühüm yeniliklərdən biri isə aktiv istehlakçılar qismində vətəndaşların bu prosesdə iştirakının dəstəklənməsi ilə bağlıdır. Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi istehlakçıya müəyyən güc həddindəki bərpaolunan enerji mənbələri qurğusu vasitəsilə öz tələbatı üçün elektrik enerjisi istehsal etməyə və istehlakından artıq elektrik enerjisini paylayıcı şəbəkəyə ötürməyə imkan verəcək.

İşğaldan azad olunan ərazilərimizdə tezliklə işıqlı günlər başlayacaq

Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatlarını uğurla həyata keçirərək torpaqlarımızı işğaldan azad etdiyi bu tarixi günlərdə regionun təhlükəsizliyi və onun təmin olunmasında enerji amilinin rolu xüsusilə aktuallıq qazanır. Çünki hazırda ölkəmizin apardığı haqq savaşının əsas məqsədlərindən biri də ədalətin bərpası ilə yanaşı, Azərbaycanın səyləri nəticəsində regionda qazanılmış sabitlik və inkişaf mühitinin dayanıqlılığının təmin edilməsi və gələcək üçün təhlükələrin aradan qaldırılmasıdır.

Ermənistanın təcavüzkar mövqeyi illərdən bəridir ki, Cənubi Qafqaz regionunun gələcəyini təhdid edən əsas təhlükə mənbəyinə çevrilib. Ərazilərimizin işğalı beynəlxalq hüquq normalarının, bir milyon vətəndaşımızın insan hüquq və azadlıqlarının pozulması ilə bərabər, regionun imkanlarından, iqtisadi potensialından tam istifadəni də əngəlləyir, eyni zamanda, əldə edilmiş nailiyyətlər üçün təhdidlər yaradır. Son hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüquqa, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasına, onun Əlavə protokollarının tələblərinə və humanitar atəşkəs razılaşmasına zidd olaraq Ermənistan tərəfindən dinc əhalinin, mülki obyektlərin, eləcə də strateji əhəmiyyətli enerji infrastrukturunun davamlı atəşə tutulması bunun bariz nümunələridir.

Terroru dövlət siyasətinə çevirmiş Ermənistan Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan və energetiklərin peşə bayramı üçün də tarixi əsas rolunu oynayan “Azərbaycan” İES-i, ölkəmizin ən böyük su elektrik stansiyası olan “Mingəçevir” su elektrik stansiyasını (SES) də davamlı hədəfə alır, həmçinin yaşayış məntəqələrimizin raket atəşinə tutulması elektrik qurğularının və müxtəlif gərginlikli elektrik xətlərinin vurulması faktları ilə müşayiət olunur.

“Yeni ərazilər uğrunda yeni müharibə” ritorikasını Dağlıq Qarabağdan yüz kilometrlərlə uzaqlıqda yerləşən, regionu qərblə birləşdirən geosiyasi və iqtisadi əhəmiyyətli enerji-kommunikasiya xətlərinin keçdiyi Tovuz istiqamətində hərbi təxribatlar müstəvisinə keçirən Ermənistan bu günlərdə bənzər uğursuz cəhdlərini Yevlax istiqamətində də təkrarladı. Raket atəşlərinin hədəfi kimi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz Boru kəməri və Qərb İxrac Boru kəmərinin seçilməsi ilə bu təxribatların miqyasca tək Azərbaycanla məhdudlaşmayan, regional və qlobal əməkdaşlığa, enerji təhlükəsizliyinə, beynəlxalq şirkətlərin və dövlətlərin maraqlarına qarşı yönəlmiş terror cəhdi olduğunu bir daha göstərdi. Məlumdur ki, bu layihələr Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılsa da, missiyası etibarilə qlobal enerji təhlükəsizliyi sisteminin elementləridir. Bu sistemdə Azərbaycanın mövqeyini möhkəmləndirən və iqtisadi gücünü artıran digər bir layihənin - Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi bir tarixdə belə təxribatlar Avropanın diversifikasiya məqsədini də hədəfə almış olur. Ermənistanın məlum davranışları göstərir ki, regionun aydın gələcəyinin müəyyənləşməsi bu ölkənin aqressiyasına son qoyulmasından keçir. Bu gün Azərbaycanın hərbi və diplomatik gücü də işğalın aradan qaldırılmasına, ədalətin və regionda təhlükəsizlik mühitinin bərqərar olmasına yönəlib.

Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsi qarşımızda yeni vəzifələr, fəaliyyət planları müəyyənləşdirir. Biz azad edilmiş torpaqlarımızdakı hər evə qayıdış planına uyğun olaraq işıq, enerji, həyat gətirmək üçün daha böyük əzmlə çalışmaq lazımdır.

Bütün bunlar ölkə rəhbərliyinin həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və bu siyasətdən irəli gələn vəzifələri energetika sektorunda layiqincə yerinə yetirən Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin bəhrəsi olan bu reallıqlar gələcəyə daha nikbin baxmağa əsas yaradır.

AZƏRTAC energetiklərimizi peşə bayramları münasibətilə təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib