İDMAN
OLİMPİADANIN ACILIŞ MƏRASİMİNİN TƏŞKİLATÇILARI BAYRAMIN NECƏ KEÇMƏSİNDƏN RAZIDIRLAR
O demişdir: “Olimpiya oyunları 108 ildən sonra öz vətəninə - Yunanıstana qayıtdı və biz bu sevinci Yer kürəsinin milyardlarla sakini ilə bölüşməyə çalışdıq. Biz Yunanıstanın necə uzağa getdiyini, zamanla ayaqlaşdığını göstərmək istəyirdik, öz mədəni-tarixi irsimizi müasir dillə ifadə etməyə çalışdıq və zənnimcə, kim olduğumuzu dünyaya göstərə bildik”.
Olimpiadanın açılış mərasiminin quruluşçu rejissoru Dimitris Papaioannu dünyaya məhəbbət hissləri bəslədiklərini göstərməyə çalışdıqlarını qeyd edərək demişdir: “Biz onu əsas tuturduq ki, incəsənətin mənbəyi məhəbbətdir və beləliklə də, bayramın konsepsiyasına yaxınlaşdıq”.
Tamaşaçıların reaksiyasına əsasən demək olar ki, heç kim açılış mərasiminə biganə qalmadı. Hətta öz emosiyalarını, adətən, büruzə verməməyə çalışan fəxri qonaqlar üçün lojada da dəfələrlə alqışlar qopdu. Oyunların açılış mərasiminin iştirakçılarını salamlayanlar arasında Böyük Britaniyanın Baş naziri Toni Bleyer, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rumıniya Prezidenti İon İliyesku, Polşa Prezidenti Aleksandr Kvasnevski, Çexiya Prezidenti Vaslav Klaus, İspaniya kraliçası Sofiya, Belçika kralı II Albert, Norveçin vəliəhd şahzadəsi Hokan da vardı.