İDMAN
OLİMPİADANIN BÜRÜNC MEDALÇILARI İRADƏ AŞUMOVA VƏ ZEMFİRA MEFTAHƏDDİNOVA VƏTƏNƏ QAYITDILAR
Milli geyimli uşaqlar idmançılara gül-çiçək dəstələri təqdim etdilər.
Afina Olimpiadasının mükafatçıları jurnalistlərlə söhbətdə idmançılara daim diqqət və qayğı göstərdiyinə görə Azərbaycan Prezidenti, ölkəmizin Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Onlar dedilər ki, Afinada biz xalqımızın həyanlığını daim hiss edir və Yunanıstanda Azərbaycanın dövlət bayrağının qaldırılması üçün uğurla yarışmağa çalışırdıq. Bürünc mükafatlı olimpiyaçılarımız davam edən Oyunlarda Azərbaycan idmançılarının uğurla çıxış edəcəklərinə inandıqlarını və onların yığma komandamıza medallar qazandıraraq Vətənə şərəflə qayıdacaqlarına ümid bəslədiklərini vurğuladılar.