İDMAN
OLİMPİYAÇILARIMIZIN ŞƏRƏFİNƏ YARIŞ KEÇİRİLMİŞDİR
Qəbələ Rayon Gənclər, İdman və Turizm İdarəsinin təşəbbüsü ilə XXVIII Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançılarının şərəfinə tennis üzrə rayon birinciliyi keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 50 nəfərin iştirak etdiyi idman mübarizəsində İlqar Məmmədov birinci, Hakim Mikayılov ikinci, Şaiq Süleymanov üçüncü yerləri qazanmışlar. Qaliblərə xatirə hədiyyələri və diplomlar təqdim olunmuşdur.