Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkədə aparılan uğurlu iqtisadi siyasət Ağcabədidə aqrar sahənin inkişafını sürətləndirib

Ağcabədi, 12 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində Ağcabədi rayonunun sosial-iqtisadi göstəriciləri yüksəlib, bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatının da inkişafında uğurlar qazanılıb. Rayonda aqrar sahənin inkişaf etdirilməsi sosial-iqtisadi inkişafı sürətləndirməklə, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalını artırıb. İstehsal edilən bir sıra kənd təsərrüfatı məhsulları nəinki rayonun, eləcə də ölkə əhalisinin tələbatının ödənilməsində, respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Aqrar sahənin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən imzalanan sərəncamlar, əkin sahələrinin becərilməsi üçün istehsalçılara verilən subsidiyalar, fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə və texnika ilə təmin olunması nəticəsində son illərdə Ağcabədi rayonunda kənd təsərrüfatı məhsulları istehsalı xeyli artıb. Aqrar sahənin inkişafına və sahibkarlığa göstərilən dövlət qayğısı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, son illərdə rayonda 4 min başlıq “Aqat-aqro” iribuynuzlu heyvandarlıq kompleksi, Cəfərbəyli kəndində ölkədə ilk böyük keçi təsərrüfatı, 5 min ton tutumu olan taxıl anbarı, Aşağı Avşar kəndində tutumu 1000 ton, Rəncbərlər kəndində tutumu 5 min ton olan soyuducu anbar kompleksləri, ölkədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatı yaradılıb. Bu dövrdə rayonda aqrar sahə ilə birbaşa bağlı olan 250 ton sutkalıq istehsal gücünə malik “Atena” süd emalı kombinatı, Xocavənd kəndində ət kəsimi kombinatı kimi iri istehsal müəssisələri fəaliyyətə başlayıb, “Gilan Holding” şirkətinə məxsus sutkalıq istehsal gücü 20 ton olan süd zavodu inşa edilib.

Rayonda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Son illərdə rayonda müasir heyvandarlıq komplekslərinin yaradılması, sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanların satılması və heyvanlar arasında aparılan süni mayalama tədbirləri genişləndirilib.

Rayonda yaradılan ən nümunəvi heyvandarlıq komplekslərindən biri Ağabəyli kəndində 4 min başlıq “Aqat-aqro” MMC-dir. İribuynuzlu heyvandarlıq kompleksi müasir ferma avadanlığı - avtomatik yönləndirmə və yemləmə sistemləri, bir dəfəyə 40 baş inəyin sağılmasına imkan verən karusel tipli avadanlıq, soyutma sistemi və s. ilə təchiz edilib. Hazırda kompleksdə 3649 baş cins heyvan, o cümlədən 1523 baş inək var. Burada istehsal edilən süd “Atena” süd kombinatının xammala tələbatının təmin edilməsində mühüm rol oynayır.

Rayonda aqrar sahəyə dövlət qayğısının təzahürü olaraq yaradılan iri sahibkarlıq subyektlərindən biri Ağabəyli kəndi ərazisində “BMS Aqro” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yaradılmış ölkəmizdə ilk böyük damazlıq keçi təsərrüfatıdır. 11 hektar ərazini əhatə edən təsərrüfat hər biri 1500 başlıq 8 fermadan, təkə, revir, çəpiş üçün binalardan, baş ofis, sağımxana və sağımxana ofisindən ibarətdir. Təsərrüfat ən müasir ferma avadanlığı - avtomatik yönəltmə və yemləmə, paralel sağım sistemi və xüsusi texnikalarla təchiz edilib, işçilərin çalışmaları və istirahəti üçün hər cür şərait yaradılıb. Hollandiya və Fransadan məhsuldarlığı və südünün keyfiyyətinə görə ən yüksək göstəricilərə malik “SAANEN” və “Alpin” cinslərindən olan 4 min başdan çox keçi gətirilib. Bu yaxınlarda fermaya İspaniyadan 1092 baş ətlik-südlük istiqamətli “Asaf” cinsli və ətlik istiqamətli “Şarole” cinsli qoyunlar da gətirilib.

Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması da uğurla həyata keçirilir. Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri və əldə edilən yüksək nəticələr heyvandarlıqla məşğul olan fermerlərin süni mayalama tədbirlərinə marağını artırıb. Təkcə bu ilin əvvəlindən rayonda fəaliyyət göstərən 8 süni mayalanma texniki tərəfindən 2248 baş inək və düyə süni yolla mayalandırılıb, 1322 baş sağlam cins buzov alınıb. İlin sonunadək 6 min baş heyvanın süni mayalandırılması nəzərdə tutulub. Bundan başqa, bu il rayona sahibkarlar tərəfindən lizinq yolu ilə 66 baş südlük istiqamətli cins iribuynuzlu heyvan gətirilib. Cari ildə rayonun Təzəkənd kəndində kiçik ailə fermer cins heyvandarlıq təsərrüfatlarının yaradılması layihəsi həyata keçiriləcək.

Görülən işlərin nəticəsində rayonda mal-qaranın cins tərkibi yaxşılaşıb, baş sayı və heyvandarlıq məhsullarının istehsalı artıb. Belə ki, 2005-ci illə müqayisədə rayonda iribuynuzlu mal-qaranın sayı 7,2 faiz, qoyun və keçilərin sayı 3,2 faiz, ət istehsalı 20,8 faiz, süd istehsalı 39,4 faiz, yun istehsalı 3,4 faiz çoxalıb.

Respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə atılan mühüm addımlardan biri Ağcabədi və Beyləqan rayonları ərazisində 4800 hektar sahədə ölkədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatının yaradılmasıdır. “Qarabağ-Taxıl” MMC tərəfindən yaradılan təsərrüfatın fəaliyyətinin təmin edilməsi üçün dövlət tərəfindən ərazidə lazımi infrastruktur yaradılıb, meliorasiya-irriqasiya, yolların çəkilməsi və enerji təminatı həyata keçirilib. Burada süni yağış yağdırma sistemi quraşdırılıb, təsərüfatdaxili hərəkət yolları, yeraltı su və elektrik xətləri çəkilib. Əkinə hazırlıq, səpin, becərmə və itkisiz məhsul yığımının təmin edilməsi üçün əraziyə xaricdən müasir texnika və aqreqatlar, taxılbiçən kombaynlar gətirilib. Əraziyə müasir texnika və aqreqatlar vasitəsilə mineral və üzvi gübrələr verilir, yüksək reproduksiyalı toxum gətirilərək buğda, qarğıdalı, günəbaxan və soya becərilir, yüksək məhsuldarlıqla məhsul istehsalına nail olunur.

Ağcabədi rayonunda əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Rayonun 65 min hektardan artıq əkin sahəsi 2261 kilometr kanal, 2709 kilometr kollektor-drenaj şəbəkəsi, 62 ədəd nasos stansiyası, 863 ədəd subartezian quyusu vasitəsilə suvarma suyu ilə təmin edilir. Son illərdə rayonun Nəcəfqulubəyli kəndi ərazisində 1000 hektardan artıq əkin sahəsini suvarma suyu ilə təmin etmək üçün Qarqar çayı üzərində nasos stansiyası, 18 kilometr uzunluğunda beton üzlüklü suvarma kanalı, 9,71 kilometr uzunluğunda dren və drenaj nasos stansiyası tikilib, 17 kilometr uzunluğunda açıq suyığıcılar və drenlər yenidən qurulub. Salmanbəyli kəndində 1100 hektar əkin sahəsinin suvarılması üçün Yuxarı Qarabağ kanalı üzərində bir ədəd 3 aqreqatlı nasos stansiyası, uzunluğu 30,2 metr olan ikiaşırımlı körpü, həmçinin 6163 metr uzunluğunda 720 millimetr diametrli su borusu, hovuz inşa edilib, 2109 metr uzunluğunda beton kanal yenidən qurulub. Qiyaməddinli kəndində Qarabağ kanalı üzərində 1 ədəd nasos qurulub, 2 kilometr uzunluğunda boru xətti çəkilib. Hazırda Avşar kəndində 800 hektar əkin sahəsinin suvarılmasını təmin etmək üçün nasos stansiyasının yenidən qurulması, 5 kilometr uzunluğunda boru xəttinin çəkilməsi davam etdirilir.

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə son illərdə rayon ərazisində 200-dən artıq subartezian quyusu qazılıb. Dövlətimizin başçısının “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, cari ildə rayonun kəndlərində 20 ədəd yeni subartezian quyusunun qazılmasına başlanılıb. Yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun 650 hektardan çox əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.

Görülmüş işlər nəticəsində bitkiçilik məhsulları istehsalında da ciddi artıma nail olunub. Belə ki, son 9 ildə buğda istehsalı 21,1 faiz, arpa istehsalı 6,6 dəfə, dən üçün qarğıdalı istehsalı 52,6 dəfə, şəkər çuğunduru istehsalı 46,1 dəfə çoxalıb.

Hazırda Ağcabədi rayonunda əsas diqqət “Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrasına yönəldilib. Dövlət Proqramında cins heyvandarlıq, ətlik istiqamətli quşçuluq, pambıqçılıq, tərəvəzçilik, toxumçuluq, bağçılıq və digər bitkiçilik sahələrinin inkişafı, iri taxılçılıq təsərrüfatının yaradılması, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi kimi tədbirlər nəzərdə tutulub. Əminliklə demək olar ki, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi və üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində rayonda aqrar sahə daha da inkişaf edəcəkdir.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib