SİYASƏT
OMBUDSMAN ƏSGƏR VƏ ZABİTLƏRLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Füzuli rayonu ərazisindəki “N” hərbi hissəsində şəxsi heyətlə görüş keçirmişdir.
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, Elmira Süleymanova ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ordu quruculugu sahəsində atdığı mühüm addımlardan danışmış, Ali Baş Komandanın qayğısı sayəsində nizami ordu yaradıldığını və dövlətin qayğısı ilə əhatə olunduğunu bildirmişdir.
Ombudsman şəxsi heyətin mənzil-məişət şəraiti, keçirilən təlimlər, asudə vaxtın təşkili, ordudan tərxis olunma və hərbi nizamnamədəki digər qaydalara riayət olunması məsələləri ilə maraqlanmışdır.