OMBUDSMAN UŞAQ TƏRBİYƏ MÜƏSSİSƏSİNDƏ OLMUŞDUR
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, Elmira Süleymanova Azərbaycan Respublikası Prezidentinin “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Fərmanı barədə məlumat vermişdir. O demişdir ki, Prezident İlham Əliyevin imzaladığı bu ilk əvf Fərmanında məhkumların səhhəti, ailə vəziyyəti, cəzalarının müəyyən hissələrini çəkmələri, həbs müddətindəki davranışları nəzərə alınmışdır.
İnsan hüquqları üzrə müvəkkil yetkinlik yaşına çatmayan məhbuslara Vətənimizə layiq övladlar kimi böyüməyi, təhsil almağı, müxtəlif peşələrə yiyələnməyi tövsiyə etmişdir. Ombudsman, həmçinin məhbuslarla təkbətək söhbət aparmış, onların problemləri ilə maraqlanmışdır.