“Omoniya” klubu “Qarabağ” ilə oyun öncəsi itki ilə üzləşib
Bakı, 12 noyabr, AZƏRTAC
Kiprin “Omoniya” klubu Bakıda “Qarabağ”a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində daha bir oyunçusunun xidmətindən yararlana bilməyəcək.
AZƏRTAC xəbər verir ki, Kipr təmsilçisinin əsas qapıçısı Fabiano görüşdə iştirak etməyəcək. Dördüncü turda İsveçrə “Bazel”i ilə 1:1 hesablı heç-heçə etdikləri oyunda zədələnən 33 yaşlı braziliyalı qolkiper artıq ili başa vurub.
Daha əvvəl Yannis Kusulosun qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.
Noyabrın 25-də keçiriləcək “Qarabağ” - “Omoniya” görüşü saat 21:45-də başlayacaq. Azərbaycan təmsilçisi dördüncü turda Qazaxıstanda “Kayrat”a 2:1 hesabı ilə qalib gəlməklə pley-offa vəsiqəni təmin edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]