On bir heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bakı, 11 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 10-da aparılan monitorinqlər zamanı Bakı şəhəri, Abşeron, Tovuz və Masallı rayonlarında fəaliyyət göstərən 18 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 17 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 4 məntəqədə isə yenidən bərpa olunmuş qurğu sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə https://afsa.gov.az/ linkində tanış olmaq olar.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.