Ordu komandanı: Sudan ordusu paytaxt Xartumda nəzarəti tamamilə ələ alıb
Qahirə, 26 mart, AZƏRTAC
Sudan ordusu paytaxt Xartumu üsyançı silahlı qruplaşmadan tamamilə azad edib. Sudan Suverenlik Şurasının sədri, ordu komandanı Əbdülfəttah əl-Burhanı gətirən təyyarə ölkədə müharibə başlanandan bəri ilk dəfə olaraq Xartum beynəlxalq aeroportuna enib.
AZƏRTAC Sudan Xəbər Agentliyinə istinadla bildirir ki, bu barədə Sudan Suverenlik Şurasının sədri, ordu komandanı Əbdülfəttah əl-Burhan bu yaxınlarda üsyançı çevik dəstək qüvvələrindən təmizlənmiş Prezident Sarayında bəyan edib.
Qeyd olunur ki, Sudan ordusu əl-Cəzirə vilayətinin şimalındakı kəndlərə və Xartum vilayətinin cənubuna doğru irəliləyir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]