Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ornitoloq: Ümid edirəm ki, COP29 çərçivəsində ciddi qərarlar qəbul ediləcək - MÜSAHİBƏ

Ornitoloq: Ümid edirəm ki, COP29 çərçivəsində ciddi qərarlar qəbul ediləcək -  MÜSAHİBƏ

Bakı, 17 oktyabr, Leyla Muradzadə, AZƏRTAC

Təbiətin və biomüxtəlifliyin qorunması müasir dövrün vacib çağırışlarından biridir. Ornitoloqlar bu prosesdə əsas rol oynayırlar. Quşları öyrənirlər, populyasiyalarındakı dəyişiklikləri izləyirlər və onları qorumaq üçün müxtəlif tədbirlər həyata keçirirlər. Ornitoloq, müstəqil araşdırmaçı Zülfü Fərəcli AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycanda quşların hansı təhdidlərə məruz qalması və onları qorumağın yolları barədə danışıb.

- Sizi ornitologiya sahəsinə nə cəlb etdi?

- Təbiətə uşaqlıqdan marağım olub. Hələ orta məktəbdə oxuyarkən dərsdən sonra eyvanımızda oturar, ətrafdakı quşları izləyərdim. Təqribən 12 il öncə gördüyüm bir hadisə məndəki təbiət sevgisini daha da alovlandırdı. Evimizin önündəki ağaclara qonmuş sərçələrin üzərinə bir yırtıcı quş (qırğı) şığıdı. Sənədli filmlərdə gördüyüm mənzərə gözümün önündə baş verirdi. Beləcə, mən həmin yırtıcı quşun nə olduğunu öyrənməyi qarşıma məqsəd qoydum və ölkəmizin təbiətində rast gəlinən quşları müşahidə etməyə başladım.

- İşinizdə hansı tədqiqat metodlarından istifadə edirsiniz?

- Ümumiyyətlə, dünyada ornitologiyanın müxtəlif tədqiqat metodları var. Bunlardan ən çox istifadə olunanı vizual müşahidədir. Adından da göründüyü kimi, bu monitorinq formasında vizual olaraq (binokl, monoskop kimi optik cihazlarla) quşların müşahidəsi aparılır. Bu işdə önəmli olan, xüsusən çoxalma dönəmində quşların yuvalarına yaxınlaşmamaq və ümumiyyətlə, onların davranışına mane olmamaqdır. Bu cür müşahidə dünyanın ən populyar "vətəndaş elmi" metodlarından sayılır və əldə olunan məlumatlar ornitoloqlar tərəfindən müxtəlif araşdırmalarda istifadə olunur. Bu müşahidə formasının təkmili isə köç, qış, yuvalama (breeding survey), havadan sayımlar (dron, təyyarə və s.) hesab olunur. Məsələn, Siyəzən rayonundakı Beşbarmaq darboğazında hər il köçəri quşların payız sayımını aparırıq. İndiyə kimi 320-dən çox növ və 1,5-2 milyon quşun hər il buradan keçərək köç etdiyini qeydə almışıq. Başqa bir tədqiqat metodu “akustik” müşahidədir. Müşahidənin bu forması quşların səslərini nəzərdə tutur. Bu zaman müxtəlif səsyazma cihazlarından və səs təyinetmə tətbiqlərindən istifadə olunur. Bu metodun üstünlükləri vizual olaraq bənzər, səsləri fərqli olan (silvilər kimi) quşları öyrənmək, gözlə müşahidənin mümkünsüz olduğu vaxtlarda (gecələr) müşahidəni davam etdirməkdir. Qeyd edim ki, növlər arasında səs bənzərlikləri olsa da, hər quşun çıxardığı səslər barmaq izi kimi unikaldır. Bundan əlavə, quşların halqalanması, onlara GPS ötürücülərin taxılması, DNT analizləri (xüsusən eDNT monitorinqi) kimi başqa tədqiqat metodları da var.

- Son illər Azərbaycanda ornitologiya sahəsində maraqlı kəşflər edilibmi?

- Bəli. Ölkəmizin ornitofaunası tam öyrənilməyib. Demək olar, hər il ölkəmizdə yeni quş növləri qeydə alınır. Müşahidəçilərin sayının artması ilə bu məlumatlar arasındakı əlaqə düz mütənasibdir. Yəni quş müşahidəçiləri artdıqca daha çox yeniliklər kəşf olunacaq. Misal üçün, bu il ilk dəfə Abşeron Milli Parkında qara çəkçəki (Saxicola caprata) adlanan növ qeydə alınıb. Vətəni Mərkəzi Asiyadan Şərqə doğru olan bu quş ehtimal ki, Xəzər dənizini keçərək Abşeron Milli Parkına gəlib. Ümumilikdə müşahidəçilər tərəfindən 40-a yaxın yeni quş növü ölkəmizdə qeydə alınıb və faktlaşdırılıb.

- Təcrübənizdən maraqlı bir hadisə haqqında danışardınız.

- Ornitoloji araşdırmalar daim sürprizlərlə doludur. Mənim üçün ən maraqlı xatirələrdən biri 2021-ci il sentyabrın 6-da Beşbarmaqda müşahidə etdiyim bozumtul çalağan (Elanus caeruleus) idi. Bundan öncə bu növ cəmi bir dəfə Naxçıvanda müşahidə edilmişdi. Hazırda isə bu növ ölkəmizə yayılmağa başlayıb, hətta bizdə yuvaladığını düşünürük. Bu növün Avropada olduğu kimi Qafqaza Cənubdan gələrək yayılması barədə yazdığım məqalə yaxında Orta Şərq və Qafqazın Ornitologiya Cəmiyyətinin (OSME) “Sandgrouse” jurnalında dərc olunacaq.

- Hazırda quşlar üçün ən böyük təhdidlər hansılardır?

- Ümumiyyətlə, quşlar müxtəlif təhdidlərlə üzləşir. Bunlardan biri onların öz təbii areallarını itirməsidir. Son illərdə Cənubi Qafqazda yalnız Azərbaycanda əkin sahələrinin payı artıb. Məsələn, bunun ölkəmizdə çoxalan torağaylar və ya bizə qışlamağa gələn bəzgək kimi yarımsəhra və çöl landşaftının quşlarına necə təsir etdiyi isə sual altındadır. Bundan başqa, ən böyük təhdid qanunsuz ovçuluqdur. Ölkəmizdə “Qırmızı kitab”da olmasına baxmayaraq, ovlanan onlarla quş növü var. Elə bəzgək bunlardan biridir. Hətta qış aylarında onun yol kənarında açıq satışı həyata keçirilir. Əlavə olaraq quşların üzləşdiyi bir təhdid də iqlim dəyişikliyidir. Biz bir neçə il kimi qısa zaman kəsiyində quşların öz köç vaxtını dəyişdiyini görməyə başlamışıq. Məsələn, bizim folklorda Həccə getdiyinə inanılaraq “Hacıleylək” adlandırılan ağ leyləkləri artıq bəzi bölgələrimizdə hava mülayim keçdiyindən qışda belə görmək mümkündür. Sonda isə onu qeyd edim ki, quşların üzləşdiyi ən böyük təhdidlərdən biri də işğalçı (invaziv) quş növləridir. Ölkəmizdə çox insan bilmir ki, sahibsiz pişik və itlər, yenot, nutriya, yaxalıqlı tutuquşu kimi sonradan ölkəmizə gətirilmiş növlər yerli quşlarımıza və ümumi ekosistemə mənfi təsir göstərir.

- Qoruqlar və milli parklar quşların qorunmasında hansı rol oynayır?

- Quşların mühafizəsindəki metodlardan biri Xüsusi Mühafizə Olunan Təbiət Əraziləridir (XMOTƏ). Qoruqlar və milli parklar XMOTƏ-nin formasıdır. Bu mühafizə tədbirinin, əlbəttə, faydası böyükdür. Məsələn, Qızılağac Milli Parkı ölkəmizin köçəri quşları, xüsusən su-bataqlıq quşları üçün qlobal əhəmiyyətli (Ramsar siyahısındadır) yerdir. Amma mühafizə olunan ərazilərin ümumi sahəsi ölkəmizdə təqribən cəmi 10 faizdir. Bu ərazilərdə də bəzən qanunsuz ovçuluq hallarına rast gəlinir. Əlavə olaraq quşların effektiv mühafizəsi üçün transsərhəd mühafizə tədbirləri çox vacibdir. Məsələn, Gürcüstanla sərhəd zonasında yerləşən Candar gölündə Azərbaycan tərəfdən əhalinin keçidinə icazəyə məhdudiyyət qoyulsa da, Gürcüstan tərəfində qanunsuz ovçuluğa rast gəlinir. Bu hallarda iki dövlət birgə çalışmalı və bu cür landşaftları qlobal təcrübədə olduğu kimi birgə mühafizə etməlidir.

- İnternetdəki məqalələri oxuyarkən “birding rally” haqqında xəbərə rast gəldim. Bildiyimə görə, Azərbaycanda bu cür yarışlar mövcud deyil. Gələcəkdə bu yarışların ölkəmizdə keçirilməsi ehtimalı varmı?

- Azərbaycanda bu cür yarışlar barədə məlumatın azlığı müşahidəçilərin az olması ilə bağlıdır. Lakin onu da qeyd edim ki, ölkəmiz ildə iki dəfə keçirilən “Global Big Day” yarışmasına hər il qatılır. Bu yarışmada məqsəd bir gün ərzində kimin ən çox quşu müşahidə edəcəyini görməkdir. Əlbəttə, ən böyük məqsəd isə əhalinin quşların həyat tərzi barədə məlumatlandırmaq və təbiətə çıxaraq müşahidə etməyə sövq etməkdir. Biz hər il bu yarışmalarda quş müşahidəsi turları təşkil edərək müxtəlif milli parklara gedərək əhaliyə quşlar barədə məlumat veririk.

- İqlim dəyişikliyi quşların miqrasiya yollarına necə təsir edir?

- Yuxarıda qeyd etdiyim kimi, quşların digər bütün canlılar kimi üzləşdiyi təhdidlərdən biri də iqlim dəyişikliyidir. Əlbəttə, dəqiq nəticələrə gəlmək üçün uzunmüddətli müşahidələrə ehtiyac var. Ancaq ötən əsrin 70-ci illərinə kimi qırmızıdöş qaz adlanan növün demək olar hamısı qışlamaq üçün ölkəmizə gəlirdi. Həmin dövrdən sonra onlar köç rotasını dəyişərək Avropaya (Bolqarıstan-Ruminiya) gedirlər. Az sayda, fərdi təsadüfi hallarda ölkəmizə gəlib çatır. Bu dəyişikliyin müxtəlif səbəbləri olduğu düşünülür. Bunlardan biri sovet vaxtı irihəcmli pambıq əkinlərinə keçilməsi olub. Həmçinin iqlim dəyişikliyinin də burda rol oynaması istisna olunmur. Son zamanlarda Xəzərin suyunun səviyyəsindəki azalmalar da gələcəkdə quşlara, xüsusən sahil zolağı ilə köç edən növlərə mənfi təsir edə bilər.

- Məlum olduğu kimi, Azərbaycan yaxın zamanda iqlim məsələlərinin müzakirə ediləcəyi genişmiqyaslı COP29 tədbirinə ev sahibliyi edəcək. Burada bir çox problemlər müzakirə olunacaq. Bunların sırasında iqlim dəyişikliliyinin quşların köç, yaşama yerlərinə təsiri barədə mövzulara da çox güman ki, toxunulacaq. Sizcə, bu müzakirələrin nəticəsi olacaqmı?

- Ümid edirəm ki, COP29 çərçivəsində ciddi qərarlar qəbul ediləcək. Ölkəmizin unikal coğrafi mövqeyi və landşaftların müxtəlifliyi bizdə 410-dan çox quş növünün qeydə alınmasına gətirib çıxarsa da, bir çox ərazilər, hətta XMOTƏ də müxtəlif təhdidlərlə qarşı-qarşıyadır. Məsələn, Azərbaycan bu qədər əhəmiyyətli köç rotası üzərində yerləşməsinə baxmayaraq, “Köçəri Növlərin Mühafizəsi Konvensiyasına” (CMS) qoşulmayıb. Qeyd edim ki, dünyada 133 ölkə bu beynəlxalq konvensiyaya qoşularaq öz üzərinə öhdəliklər götürüb. Ölkəmizin də COP29 kimi qlobal tədbirə ev sahibliyi etdiyi vaxtda bu cür biomüxtəlifliyin mühafizəsi üçün nəzərdə tutulmuş konvensiyalara qoşulması və üzərinə konkret öhdəliklər götürməsi müsbət nümunə olacaq.

- Ornitologiyanın gələcəyini necə görürsünüz?

- Qeyd etdiyim kimi, ölkəmizdə bu sahəyə olan maraq o qədər də böyük deyil. Lakin müşahidələrimizə əsasən insanlar bu mövzuya meyillidir, bununla bağlı problemlərin işıqlandırılmasında maraqlıdır. Ümid edirəm ki, gələcəkdə daha çox insan ornitofaunamızın mühafizəsinə can atacaq. Əlbəttə, bunun üçün maarifçilik işləri vacibdir. Məsələn, bu yaxınlarda biz ölkəmizin unikal quş növlərindən bəhs edən “Ən Ən Ən quşlar” adlı uşaqlar üçün kitab nəşr etdik ki, azyaşlı dostlarımız quşlarımız barədə öz dilimizdə olan kitabdan öyrənə bilsinlər. Əlavə olaraq ölkəmizdə daha aktiv məlumatlandırma və monitorinqin aparması önəmlidir. Eyni zamanda, ölkədə yaşıl QHT-lərin formalaşdırılması və sadalanan qurumlara paralel olaraq fəaliyyət göstərməsi üçün şərait yaradılması effektiv mühafizə üçün vacibdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq

® “Bakcell”də hədiyyə mövsümü başladı

Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib

“Mingəçevir Reqatası-2026”da Azərbaycanı təmsil edəcək avaçəkənlər bəlli olub

“AzərEnerji” vaxtilə təmas xətti olan ərazilərdə 3000-ə yaxın ağac əkib

Orta Dəhlizlə 2029-cu ildə 300 min konteyner daşınması planlaşdırılır

Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başlayıb

“Toxumçuluq haqqında” Qanun ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək

Paytaxtın Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib

Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb

AzTU-da tədbir: ermənilərin Qərbi Azərbaycanda törətdiyi etnik təmizləmə siyasəti pislənilib

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir

Tamar İoseliani: Məqsədimiz Orta Dəhlizin vahid və inteqrasiya olunmuş sistem kimi fəaliyyətini təmin etməkdir

Məktəbə adaptasiya, akademik yük və telefon qadağası - təhsil ekspertinin şərhi

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının sənaye nazirlərinin 4-cü iclasında təmsil olunub

Adəm İbrahim: Süni intellektdən insanların işinin səmərəliyini artırmaq üçün istifadə olunmalıdır – MÜSAHİBƏ

Metal filizlərinin hasilatı üzrə istehsalın dəyəri 42 faizdən çox artıb – QRAFİK

Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır

Tarix Muzeyində qiymətli mənbə: “Dərbəndnamə”nin nadir nəşri

Yeni reallıqda ölkəmizin siyasi manevr imkanları daha da genişlənib - ŞƏRH

Professor: İşğal dövründə Bəsitçay çinar meşələrinə ciddi ziyan vurulub

Oman nümayəndə heyəti “ASAN xidmət”də olub

Ağcabədidə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək VİDEO

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Yeni Robotik Reabilitasiya Mərkəzində icbari tibbi sığorta çərçivəsində 15 mindən çox xidmət göstərilib

İsraildə yaşayan azərbaycanəsilli gənclər Anım Gününə toplaşıb

Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb - YENİLƏNİB 2

Famil Rüstəmov: Regionlarda məşğulluğun genişlənməsi aqrar iqtisadiyyatın dayanıqlığını artırır

“№1”, “Kəhrəba”, “Nabat” əmtəə nişanlı qənd məhsullarında uyğunsuzluq aşkarlanıb

Özbəkistanın ali təhsil müəssisəsinin professor-müəllim heyəti AzTU-da təcrübə keçəcək

Almaniyada peşəkar kişi futbol komandasına rəhbərlik edən ilk qadın baş məşqçi istefaya göndərilib

Azərbaycanın müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

Azərbaycanın sosial müdafiə sahəsində rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

Səyyarə İbadullayeva: İşğal dövründə Qarabağın meşə və bitki örtüyünə ciddi ziyan vurulub

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib

Qazaxıstanda hərbçilərin təlim zamanı həlak olmaları ilə bağlı cinayət işi açılıb

Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb

İqtisadçı-alim: Aqrar sahənin inkişafı regionlarda infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlıdır

Qarabağ Zəfəri Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu gücləndirdi - ŞƏRH

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ

Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb

Sərdar Fərəcov: Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin təməlini formalaşdırıb

Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb

Azərbaycanın enerji strategiyası: geosiyasi reallıqlar və yeni enerji düşüncəsi

Hörmüzün ardınca Bab əl-Məndəb boğazının da təhlükəli vəziyyətə salınması neftin qiymətinin artmasına təkan verir

ADY rəhbərliyi Almaniya və Türkiyə dəmir yolu şirkətlərinin nümayəndələri ilə müzakirələr aparıb

Şotlandiyada insan alveri və narkotik istehsalı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri saxlanılıb

Qazaxıstanlı ekspert: 2026-cı ildə Orta Dəhliz formalaşma mərhələsindən miqyasın genişlənməsi dövrünə keçid edir

Toxum və əkin materiallarında aşkarlanan uyğunsuzluqlarla bağlı xarici ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Böyük Qayıdış proqramı Azərbaycanın regional inkişaf siyasətində yeni mərhələ yaradıb – ŞƏRH

Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yollanıb

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Ekspert: Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək

Azərbaycanda sığorta şirkətləri 1,1 milyard manatdan çox sığorta haqqı toplayıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Tacikistanla oyunda zədələnən Mahir Emreli və Abdula Xaybulayevin durumuna aydınlıq gəlib

Fransada COVID-19-a yoluxanların sayı artır

Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim

“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir

Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb