Orxan Məmmədov: Əsas məqsədimiz ölkəmizdə minifutbol üzrə Avropa və dünya çempionatları keçirməkdir
Bakı, 7 aprel, AZƏRTAC
Əsas məqsədimiz ölkəmizdə minifutbol üzrə Avropa və ya dünya çempionatlarına ev sahibliyi etmək niyyətindəyik. Bu istiqamətdə danışıqlar davam edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov deyib.
Bildirib ki, Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq turnirdə əsas hədəfimiz yarışın qalibi olmaqdır. Turnirdə Avropa çempionatının qalibi olmuş Azərbaycan millisi mübarizə aparacaq. Ümid edirəm ki, komandamız həmin uğuru təkrarlayaraq doğma meydanda baxımlı oyun nümayiş etdirəcək və qızıl medallara sahib olacaqlar.
Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri iştirak edəcəklər.
Yarışın qalibi mayın 6-da müəyyənləşəcək. Bakı Tennis Akademiyasında keçiriləcək oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]