Ötən ay “Azəriqaz”da əhali sektoru üzrə 6895 yeni abonent qeydiyyata alınıb
Bakı, 11 mart, AZƏRTAC
Fevral ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6895 yeni abonent qeydiyyata alınıb.
Birlikdən AZƏRTAC-a bildirilib ki, bunun da 4385-i Bakı, Abşeron və Sumqayıt, 2510-u isə regionlar üzrədir. Cari ilin ilk iki ayında əhali sektoru üzrə 18 min 446 yeni abonent qeydiyyata alınıb, 11 min 852 abonent Bakı, Abşeron və Sumqayıt, 6594 abonent isə regionların payına düşür.
Hazırda “Azəriqaz” İstehsalat Birliyində qeydiyyata alınan ümumi abonent sayı əhali sektoru üzrə 2 milyon 265 min 721-ə bərabərdir. Bakı şəhəri üzrə abonentlərin sayı 872 min 384, regionlar üzrə isə 1 milyon 393 min 337 təşkil edir. İlin sonunadək yeni abonentlərin sayının təqribən 100 minə bərabər olacağı proqnozlaşdırılır.
Əvvəlki illərdə olduğu kimi, martın 1-nə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 618 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün illik 5000 kubmetr limit ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]