Ötən ay mis filizləri və konsentratlarının istehsalı artıb
Bakı, 22 yanvar, AZƏRTAC
Ötən ilin dekabr ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən 307,1 tonu mis filizləri və konsentratlarının payına düşüb.
AZƏRTAC-a Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, bu göstərici noyabr ayı ilə müqayisədə 53,1 ton çoxdur.
Yanvarın 1-nə olan vəziyyətə əsasən, hazır məhsul ehtiyatı 114,6 ton təşkil edib.