Ötən il Avropa İttifaqına qanunsuz mühacir axını artıb
Bakı, 13 yanvar, AZƏRTAC
İlkin hesablamalara görə, 2022-ci ildə Avropa İttifaqının sərhədlərini 330 minə yaxın qeyri-leqal mühacir keçib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “ЕС Frontex” sərhəd agentliyinin məlumatında deyilir.
“Bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir və öncəki illə müqayisədə 64 faiz çoxdur. 2020-ci ildə pandemiyanın yaratdığı azalmadan sonra ardıcıl olaraq ikinci ildir ki, qanunsuz sərhəd keçidlərinin sayında kəskin artım müşahidə olunur”, - deyə agentlikdən bildirilib.
Məlumata görə, qanunsuz keçidlərin təxminən yarısı Qərbi Balkan marşrutu üzrə baş verir. 2022-ci ildə Avropa İttifaqına keçən mühacirlərin 47 faizini suriyalılar, əfqanlar və tunislilər təşkil edib. Eyni zamanda, suriyalıların sayı təxminən iki dəfə artaraq 94 min nəfərə çatıb.
2022-ci il fevralın 24-dən dekabr ayının sonuna qədər Avropa İttifaqının Ukrayna və Moldova ilə quru sərhədlərini keçən 13 milyona yaxın ukraynalı ümumi rəqəmlərə daxil edilməyib. “Frontex” agentliyi həmin dövr ərzində 10 milyon Ukraynalı vətəndaşının vətəninə qayıtdığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [22:18]
Tramp: İrana son müharibədə 1 trilyon dollardan çox ziyan dəyib
- 17.06.2026 [20:53]
ABŞ Prezidenti: İranla müqavilə sabah və ya o biri gün imzalanacaq
- 17.06.2026 [20:06]
Van İ: Çin İranın qanuni iddialarını dəstəkləyir
- 17.06.2026 [19:27]