Ötən il ən çox aqrar sığorta ödənişi edilmiş rayonların adı açıqlanıb
Bakı, 25 fevral, AZƏRTAC
Ötən il ərzində Azərbaycanda 6,4 milyon manat aqrar sığorta ödənişi edilib. 2023-cü ildə isə bu göstərici 4,4 milyon manat təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov “Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, ötən il Azərbaycanda sığortalanan əkin sahələri 447 min hektara çatıb.
“Bu, sığortalana bilən ərazilərin 30 faizə yaxınını əhatə edir. Bağlanan müqavilələrin sayı 2024-cü ildə 56 min 662 olub. Bitkiçilik üzrə toplanmış sığorta haqqı həmin dövrdə 12,3 milyon manat təşkil edib. Ən çox aqrar sığorta ödənişi edilmiş rayonlar isə Ağcabədi, Ağstafa, Qobustan, Samux, Saatlı və Şəki olub”, - deyə Ə.Əhmədov diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:31]
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb
- 30.09.2026 [13:25]
Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır
- 30.09.2026 [13:10]
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır
- 30.09.2026 [12:48]
Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq
- 30.09.2026 [12:46]
Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır
- 30.09.2026 [12:16]
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
- 30.09.2026 [11:46]