Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən il gimnastlarımız beynəlxalq yarışlarda 147 medal qazanıblar

Ötən il gimnastlarımız beynəlxalq yarışlarda 147 medal qazanıblar

Bakı, 4 yanvar, AZƏRTAC

2022-ci il Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldı.

Ötən il yenidən qurulmasının 20 illiyini qeyd edən AGF-nin təmsilçiləri yubiley ilində qazandıqları tarixi nailiyyətlərlə azarkeşləri sevindirdilər.

AZƏRTAC xəbər verir ki, AGF-nin son 20 ildə qazandığı uğurların təməli 2002-ci il oktyabrın 7-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın federasiyanın prezidenti seçilməsi ilə qoyulub. Fəxrlə qeyd olunmalıdır ki, həmin dövrdən başlayaraq həyata keçirilən uğurlu strategiya nəticəsində ölkəmizdə idmanın bu növünün yeni mərhələsi və sürətli inkişafı başlanıb, AGF qısa müddət ərzində ölkənin seçilən idman federasiyasına çevrilib.

Federasiya ötən illərdəki ənənənin davamı olaraq, 2022-ci ildə Azərbaycan gimnastika növləri üzrə 5 dünya səviyyəli yarışa və bir sıra ölkədaxili çempionat və birinciliklərə uğurla ev sahibliyi edib. Paytaxtımızda keçirilən beynəlxalq yarışların hər birində gimnastlarımız onlara bəslənilən ümidləri doğruldaraq fəxri kürsüdə yer alıblar.

İlin ilk beynəlxalq yarışında - batut gimnastikası üzrə dünya kuboku turnirində (12-13 fevral) yığma komandamızın üzvü Selcan Mahsudovanın fərdi çıxışda əldə etdiyi gümüş medal Azərbaycanın gimnastika tarixində bu növ üzrə qadınlar arasında fərdi növdə qazanılan ilk medal olub.

Daha bir ilkə akrobatika gimnastikası üzrə təmsilçilərimiz imza atdılar. Martın 3-dən 6-dək Bakıda akrobatika gimnastikası üzrə keçirilən 12-ci dünya yaş qrupları yarışlarında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz 13-19 yaş kateqoriyasında qızıl medala sahib çıxıb. Bu medal ölkəmizin akrobatika gimnastikası tarixində dünya yaş qrupları yarışlarında qazanılan ilk qızıl medal kimi yadda qalıb.

Martın 10-dan 13-dək Bakı gimnastikanın maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə dünya çempionatına ilk dəfə ev sahibliyi edib. Ən güclülərin yarışında qarışıq cütlüyümüz, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli temp hərəkətləri proqramında gümüş, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz isə qarışıq və temp hərəkətləri üzrə bürünc medala sahib çıxıblar. Hər iki medal akrobatika gimnastikası üzrə dünya çempionatında qazanılan ilk nailiyyət kimi tarixə yazılıb.

İdman gimnastikası üzrə keçirilən (31 mart - 3 aprel) dünya kuboku yarışı yığma komandamızın üzvü Nikita Simonovun halqa ilə hərəkətlərdə qazandığı bürünc medalı ilə əlamətdar olub.

Gimnastikanın ən zərif nümayəndələrinin iştirak etdiyi bədii gimnastika üzrə dünya kuboku yarışında da (22-24 aprel) təmsilçilərimiz onlara bəslənilən ümidləri doğruldublar. Belə ki, qrup hərəkətləri komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina 5 halqa ilə qızıl, çoxnövçülükdə gümüş medal qazandılar.

2021-ci ildə ölkəmizdə mövcud karantin qaydalarına uyğun olaraq gimnastika növləri üzrə irimiqyaslı beynəlxalq yarışlar təşkil olunsa da, pandemiya ilə əlaqədar 2020-2021-ci illər ərzində yerli yarışların keçirilməsi təxirə salınmışdı. 2022-ci ilin əvvəlindən etibarən mövcud tələblərə uyğun olaraq gimnastika növləri üzrə milli yarışlar bərpa olunmuşdu. Gimnastika növləri üzrə keçirilən Azərbaycan və Bakı çempionatları idmançıların çoxdandır səbirsizliklə gözlədiyi yerli yarış əhval-ruhiyyəsini, həyəcanını yenidən Milli Gimnastika Arenasına qaytardı.

Martın 16-17-də keçirilən bədii gimnastika üzrə Azərbaycan çempionatından etibarən tamaşaçılar ikiillik fasilədən sonra yenidən Milli Gimnastika Arenasında gimnastların rəngarəng çıxışlarını izləmək imkanı qazandılar.

Ötən il gimnastlarımız beynəlxalq arenalarda keçirilən yarışlarda da öz medalları ilə xalqımızı sevindirməyə davam ediblər. Təmsilçilərimiz bu günədək uğur əldə edilməyən gimnastikanın bəzi növləri və proqramlarında nailiyyət qazandılar. Yığma komandamızın üzvləri gimnastika növləri üzrə müxtəlif beynəlxalq turnirlər, dünya kuboku yarışları ilə yanaşı, ilin əsas yarışları olan Avropa və dünya çempionatları, eləcə də İslam Həmrəyliyi Oyunları və Ümumdünya Oyunlarında qazandıqları nəticələrlə ölkəmizin medal kolleksiyasını zənginləşdiriblər.

İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında (1-5 iyun) idmançımız Maqsud Mahsudov gənclər arasında batut gimnastikası üzrə fərdi növdə və komanda yoldaşı Hüseyn Abbasovla birgə sinxron cütlüklər proqramında qızıl medal qazanıb. Tamblinq üzrə yarışlarda isə Mixail Malkin fərdi növdə gümüş, yığma komandanın üzvləri Adil Hacızadə və Tofiq Əliyevlə birgə komanda hesabında bürünc medal əldə ediblər.

Bu yarışın ardınca bədii gimnastlarımız İsrailin Tel-Əviv şəhərində keçirilən Avropa çempionatında (15-19 iyun) mübarizəyə qoşulublar. Qitə çempionatında gənc gimnastımız Kamila Qafarova fərdi növdə gürzlərlə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız isə çoxnövçülük, 5 halqa, eləcə də 3 lent və 2 topla hərəkətlərin icrasına görə bürünc medala sahib çıxıblar.

2021-ci ildə keçirilməsi planlaşdırılan, məlum səbəblərdən təxirə salınan ötən ilin əsas yarışlarından biri olan V İslam Həmrəyliyi Oyunlarında ölkəmiz 4 gimnastika növündə (bədii gimnastika, aerobika gimnastikası, kişi və qadın idman gimnastikası) təmsil olundu. Komandamızın üzvləri 8-i qızıl, 7-si gümüş, 2-si bürünc medal olmaqla ümumilikdə 17 medal əldə ediblər.

ABŞ-ın Birminqem şəhərinin ev sahibliyi etdiyi 11-ci Ümumdünya Oyunlarında (7-17 iyul) aerobika gimnastikası üzrə təmsilçilərimiz fərqləniblər. Yarışlarda Ayxan Əhmədli, Rauf Hacıyev, Nigar Mir Cəlallı, Nəzrin Mustafayeva, Mədinə Mustafayeva, Sənan Mahmudlu, Xədicə Quliyeva və Vladimir Dolmatovdan ibarət Azərbaycanın aerodans komandası bürünc medala sahib çıxıb.

İyulun 24-dən 30-dək Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər XVI Yay Olimpiya Festivalında qadın idman gimnastikası tariximizdə ilk dəfə olaraq gənc idmançımız Nazənin Teymurova dayaqlı tullanma üzrə finala vəsiqə qazanaraq 5-ci pillədə qərarlaşıb. İdmançımız Avropa çempionatında da finala vəsiqə qazanaraq eyni uğuru təkrarlayıb.

Bolqarıstanın Sofiya şəhərində bədii gimnastika üzrə qrup komandamız (Güllü Ağalarzadə, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina) ilk dəfə olaraq dünya çempionatında (14-18 sentyabr) fəxri kürsüyə (bürünc medal) yüksəlib.

Eyni şəhərdə keçirilən batut gimnastikası, tamblinq və ikili minibatut üzrə 29-cu dünya yaş qrupları yarışları (23-26 noyabr) da Azərbaycan yığma komandası üçün məhsuldar olub. İdmançılarımız medal xəzinəmizə bütün əyarlı mükafatları əlavə ediblər. Batut gimnastikası üzrə sinxron proqramda 15-16 yaş kateqoriyasında mübarizə aparan Maqsud Mahsudov və Hüseyn Abbasov qızıl medala layiq görulüblər. Fərdi batut proqramında 13-14 yaş kateqoriyasında çıxış edən Əli Niftəliyev gümüş medal qazanıb. Maqsud Mahsudov 15-16 yaş kateqoriyasında fərdi proqramda, Ammar Baxşalıyev və Fərhad Mustafayev isə 11-12 yaş kateqoriyasında sinxron cütlüklərin yarışında bürünc medala sahib çıxıblar. Tamblinq üzrə yarışda isə 17-21 yaş kateqoriyasında çıxış edən Tofiq Əliyev gümüş medal əldə edib.

Ötən il gimnastika hamı üçün növü üzrə təmsilçilərimiz də bir sıra yarışlarda fərqləniblər. “Ay işığı” komandası (10-14 iyul) Nevşatel şəhərində (İsveçrə) keçirilən “European Gym for Life Challenge” festivalında gümüş medala layiq görülüb. Komandamızın Portuqaliyanın Funşal şəhərində (2-7 oktyabr) keçirilən “Qızıl Yaş” (“Golden Age” - 50 yaş və yuxarı) gimnastika festivalında təqdim etdiyi kompozisiya maraqla qarşılanıb.

2022-ci il ərzində gimnastlarımız beynəlxalq səviyyəli yarışlarda 62-si qızıl, 40-ı gümüş və 45-i bürünc olmaqla ümumilikdə 147 medal əldə ediblər. Bu uğurların məntiqi nəticəsidir ki, təmsilçilərimiz Azərbaycan idmançılarının reytinq cədvəlində mütəmadi olaraq liderliyini qoruyub saxladılar.

Ötən ilin sentyabrında Dənizkənarı bulvarda AGF-nin yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə festival keçirilib. İlk dəfə olaraq təşkil edilən tədbir şəhərimizin sakinlərinə xoş anlar bəxş edib və izləyicilərin böyük marağına səbəb olub.

AGF hər zaman olduğu kimi ötən il də məşqçilərin və hakimlərin ixtisaslarının artırılmasını diqqətdə saxlayıb. Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2022-2024-cü illəri əhatə edən növbəti Olimpiya dövrünün müvafiq qaydalarına əsasən, təmsilçilərimiz gimnastika növləri üzrə hakimlik imtahanlarında iştirak ediblər. COVID-19 pandemiyası ilə əlaqədar onlayn qaydada keçirilən imtahanlarda təmsilçilərimizin hər biri imtahanı müvəffəqiyyətlə başa vuraraq beynəlxalq hakimlik kateqoriyasına yiyələniblər.

2022-ci ilin oktyabrında Milli Gimnastika Arenasında AGF-nin təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən Xüsusi Olimpiya üzrə yunanıstanlı mütəxəssis Sofiya Buranın rəhbərliyi altında məşqçilik (bədii gimnastika, gimnastika hamı üçün) və hakimlik (bədii gimnastika) kursları keçirilib. Sentyabrda isə FIG Atletlər Komissiyasının üzvü, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva, FIG Texniki Komitəsinin prezidenti Noha Abuşabana ilə ilk dəfə olaraq birgə videokonfrans formatında idmançılar üçün onlayn vebinar keçirib. Seminarda bir sıra aktual məsələlərə toxunulub, maraqlı mövzular ətrafında müzakirələr aparılıb.

Hər il olduğu kimi, 2022-ci ildə də regionlarda gimnastikanın inkişafı, bu sahədə kütləviliyin təmin olunması, gimnastika növlərinin populyarlaşdırılması federasiyanın fəaliyyətinin əsas prioritet istiqamətini təşkil edib. Hazırda respublikamızın 29 bölgəsində gimnastika bölməsi fəaliyyət göstərir. Hesabat ilində ölkəmizdə 8 yeni gimnastika bölməsi (Tərtər, Goranboy, Gədəbəy, Oğuz, Qəbələ, Balaxanı, Ramanı, Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin sakinləri üçün gimnastika bölməsi) fəaliyyətə başlayıb ki, onlardan 5-i məhz regionların payına düşüb.

Federasiya tərəfindən ilboyu bölgələrdə mötəbər yarışlar öncəsi yoxlama məşqləri, tanınmış gimnastlarımızın iştirakı ilə müxtəlif nümunəvi çıxışlar, ustad dərsləri və s. təşkil edilib.

Bölgədə gimnastikanın təbliği məqsədilə 28 May Müstəqillik Gününə həsr edilmiş “Dostluq yarışı” ilk dəfə olaraq Şəki Olimpiya İdman Kompleksində keçirilib. İyunun 4-5-də ilk dəfə olaraq Tərtər Olimpiya İdman Kompleksi öz qapılarını bədii gimnastların üzünə açıb. Bu növ üzrə keçirilən 6-cı bölgələrarası kubok yarışı Tərtər sakinlərinin böyük sevincinə səbəb olub. Bölgədə təşkil olunan ilin ən böyük yarışı dekabrın 8-dən 11-dək Şəki Olimpiya İdman Kompleksində gimnastikanın 6 növü üzrə keçirilən Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlar olub. Yarışların açılış mərasimi zamanı tamaşaçılara yerli və dünyaşöhrətli gimnastika ulduzlarının ifasında qala-şou təqdim olunub. Azərbaycana dəvət olunmuş əcnəbi qonaqlar yarışın təşkilatçılığını yüksək qiymətləndirərək, ölkəmizə, eləcə də qədim Şəki şəhərinə olan heyranlığını ifadə ediblər.

2022-ci ildə də Milli Gimnastika Arenası yenidən digər ölkə nümayəndələri üçün öz qapılarını açıb. Avstraliya, Böyük Britaniya, Bolqarıstan, Qazaxıstan, Filippin, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Koreya, Kolumbiya, Latviya, Malayziya, Misir, Macarıstan, Monqolustan, Norveç, Özbəkistan, Portuqaliya, Polşa, Sloveniya, Slovakiya, Syerra Leone, Türkiyə, Ukrayna, Yaponiya, İran, Qırğızıstan kimi ölkələrin nümayəndələri dünyanın ən möhtəşəm arenasında yerli mütəxəssis və idmançılarımızla birgə təlim-məşq toplanışında iştirak edərək öz idman təcrübələrini artırıblar.

Ötən il təmsilçilərimizin fəaliyyəti həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Gimnastımız Selcan Mahsudova İsveçrənin Arosa şəhərində batut gimnastikası üzrə keçirilən dünya kuboku yarışında (1-2 iyul) 2022-ci il ərzində iştirak etdiyi dörd dünya kubokundan üçündə topladığı xalların cəminə əsasən FIG kubokuna sahib çıxıb.

Dördüncü İslam Həmrəyliyi Oyunlarının qalibi, V İslam Həmrəyliyi Oyunlarının üçqat qızıl, gümüş və bürünc mükafatçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının üzvü seçilib.

İngiltərənin Liverpul şəhərində kişi və qadın idman gimnastikası üzrə keçirilən dünya çempionatında Nikita Simonovun halqaların icrası üzrə təqdim etdiyi yeni element FIG-nin kişi idman gimnastikası üzrə Texniki Komitəsi tərəfindən təsdiq edilib.

Sentyabrda Lüksemburq şəhərində “TeamGym” üzrə keçirilən 14-cü Avropa çempionatında Azərbaycan yığma komandasının üzvü Tofiq Əliyev ilk dəfə olaraq Avropa Gimnastikasının təsis etdiyi “Bütün ulduzlar komandası” nominasiyasında akrobatika cığırı alətində ən çətin elementin icrasına görə qalib olub.

Ötən ilin ən mühüm xəbəri dekabra təsadüf edib. Belə ki, ayın 2-3-də Portuqaliyanın Albufeira şəhərində keçirilən Avropa Gimnastikasının 29-cu Konqresində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov yüz faiz səs çoxluğu ilə qitənin ən nüfuzlu gimnastika təşkilatına - Avropa Gimnastikasına yenidən prezident seçilib. AGF tərəfindən namizədlikləri irəli sürülən beynəlxalq dərəcəli hakimlər Yevgeniya Vilyayeva bədii gimnastika, İnara İsrafilbəyova “TeamGym”, yığma komandanın məşqçisi Ruslan Eyvazov isə gimnastika hamı üçün növü üzrə Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Avropa Gimnastikasının Texniki Komitəsinin üzvü seçiliblər.

Ənənəyə uyğun olaraq, bu dəfə də federasiya Yeni il ərəfəsində bütün gimnastikasevərləri yenidən bir araya topladı. Gimnast və məşqçilərin iştirakı ilə baş tutan “Soyuq ürək” adlı möhtəşəm Yeni il şousu bütün tamaşaçılara əyləncəli anlar yaşadıb.

İdman rəsmilərinin iştirakı ilə keçirilən AGF-nin yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri bir sıra maraqlı məqamları ilə yadda qalıb. Federasiyanın 20 illik uğurlu inkişaf yolundan bəhs edən videoçarxın təqdim olunduğu mərasimdə, həmçinin AGF-nin “20 il inkişafda” adlı kitabının təqdimat mərasimi keçirilib.

Dekabrın 26-da Gənclər və İdman Nazirliyinin 2022-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimində AGF-nin təmsilçiləri 9 nominasiya üzrə ilin ən yaxşıları sırasında yer alıb, bədii gimnastika üzrə qrup komandamız və 3 fərdi gimnastımız reytinq cədvəlində 2022-ci ili ilk onluqda başa vuran idmançılarla birgə mükafatlandırılıb.

Yeni il ərəfəsində federasiyanın baş katibi Nurlana Məmmədzadənin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilməsi AGF-nin uğurlu fəaliyyətinin daha bir göstəricisi olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub