Ötən il Gömrük Komitəsi tərəfindən büdcə daxilolmaları 4,3 milyard manat olub
Bakı, 22 yanvar, AZƏRTAC
Ötən il Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 4 milyard 342,9 milyon manat olub.
Komitədən AZƏRTAC-a bildirilib ki, il ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 1 milyard 205 milyon 504 min manat, əlavə dəyər vergisi üzrə 2 milyard 930 milyon 720 min manat, aksizlər üzrə 163 milyon 112 min manat, yol vergisi üzrə isə 43 milyon 627 min manat təşkil edib.