Ötən il imtahanlarda oğlanların ən yüksək nisbi sayı I ixtisas qrupunda olub
Bakı, 5 iyul, AZƏRTAC
Ötən il imtahanlarda oğlanların ən yüksək nisbi sayı I ixtisas qrupunda (65.43 faiz), qızların ən yüksək nisbi sayı isə III ixtisas qrupunda (75.06 faiz) olub.
AZƏRTAC xəbər verir ki, bu məlumat Dövlət İmtahan Mərkəzinin 2022-ci il üzrə imtahan nəticələrinin elmi-statistik təhlilində öz əksini tapıb.
Ötən il I qrup üzrə sənəd verən abituriyentlərin 65.43 faizini oğlanlar, 34.57 faizini isə qızlar təşkil edib. II qrup üzrə sənəd verən abituriyentlərin 62.59 faizi oğlanlardan, 37.41 faizi qızlardan ibarət olub. III qrup üzrə sənəd verən abituriyentlərin 24.94 faizi oğlanlar, 75.06 faizi qızlar olub. IV qrup üzrə sənəd verən abituriyentlərin 25.04 faizini oğlanlar, 74.96 faizini qızlar təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]