“Öz məşəlini alovlandır!”
“Eurovision - 2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycana 103 min insan gəlmişdir
Bakı, 13 iyun (AZƏRTAC). “Eurovision - 2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycan sərhədini 15 gün müddətində 103 min insan keçmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir.
Nazir bildirmişdir ki, müsabiqəyə təşrif buyuran nümayəndə heyətləri, təmsilçilər və onlarla birgə gələnlərin sayı təxminən 6-7 min arası olmuşdur.
Həmin ərəfədə Azərbaycana turist məqsədilə gələnlərin sayı 50 mindən çox olmuşdur. Bu insanların hamısı “Eurovision - 2012” mahnı müsabiqəsinə qatılaraq onu yaxından izləmək və bu sevinci yerində yaşamaq üçün Azərbaycana gəlmişlər. Bu bir daha göstərir ki, ölkəmizə turist axını artmaqdadır.
57-ci “Eurovision” yarışmasının çox böyük uğurla keçirildiyini vurğulayan Ə.Qarayev demişdir ki, bu amil gələcəkdə Azərbaycana gələn turistlərin sayının artmasına böyük təkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]