“Öz məşəlini alovlandır!”
“Eurovision village”də Mədəniyyət və Turizm Nazirliyinin xüsusi lövhəsi quraşdırılmışdır
Bakı, 21 may (AZƏRTAC). “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Dənizkənarı Milli Parkda fəaliyyətə başlamış “Eurovision village”də digər rəsmi tərəfdaşlarla yanaşı, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin də 50 kvadratmetr sahədə xüsusi lövhəsi quraşdırılmışdır.
Stenddə “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar ölkəmizə gələn xarici turistlərə müsabiqə günlərində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən “Bakı şəhər turu” layihəsi, eləcə də turizm şirkətləri tərəfindən təklif olunan “Bakı - Abşeron” və “Bakı - Şəki” turları haqqında məlumatlar öz əksini tapmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, stend, həmçinin ingilis dilində 24 növ müxtəlif reklam-çap məhsulları və digər təbliğat materialları ilə təmin olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]